Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Hindistan Parlamentində Qarabağın işğalından danışdı - FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Hindistan Parlamentinin  baş katibi U.S.Saxena ilə Qarabağ problemindən danışıb.

Hindistana səfəri çərçivəsində Hindistan Parlamentinin baş katibi U.S.Saxena ilə görüşən millət vəkili, Azərbaycan-Hindistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva  Azərbaycanla Hindistan arasıda qədim zamanlardan başlayan tarixi münasibətləri xüsusi vurğulayaraq  Azərbaycan, ölkəmizin keçdiyi yol, əldə etdiyi uğurlar, Qarabağ münaqişəsi barədə də danışıb. Simsar.az xəbər verir ki, parlamentdə Azərbaycanın ön cəbhə bölgələrindən birini təmsil etdiyini deyən millət vəkili Qənirə Paşayeva Ermənistanın 20 ildir işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməməsi səbəbindən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evlərinə dönə bilməməsi və onların çəkdikləri özəlliklə mənəvi əziyyətləri xüsusi vurğulayıb.  Azərbaycanın Hindistanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva  Azərbaycan  Parlamentində Azərbaycan-Hindistan Parlamentlərarası Dosluq Qrupunun fəaliyyətindən və parlamentlərarası  əməkdaşlığın daha da genişlənməsinin əhəmiyyətindən də danışıb.  Millət vəkili, Azərbaycan-Hindistan Parlamentlərarası  Dostluq Qrupunun üzvü Qənirə Paşayevanı Hindistanda görməkdən çox məmun olduğunu deyən Hindistan Parlamentinin  baş katibi U.S.Saxena Hindistanın və Hindistan Parlamentinin  Azərbaycanla əməkdaşlığın və əlaqələrin daha da inkişafında maraqlı olduqlarını və bütün istiqamətlərdə bunun üçün böyük potensial olduğunu deyib və səylərin artırılmasının vacibliyinə toxunub. Hindistanda yeni seçkilərin keçirildiyini və parlamentin yeni formalaşdığını deyən U.S.Saxena Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun da formalaşmağa başladığını və qrup tam formalaşdıqdan sonra Azərbaycan Parlamenti ilə əlaqə və əməkdaşlığın daha da inkişaf edəcəyinə inandığını deyib. Millət vəkilinin Azərbaycan-Hindistan münasibətlərinin tarixi kökləri ilə bağlı söylədiyi faktların onun üçün çox maraqlı olduğunu bildirən U.S.Saxena bütün istiqaətdə əməkdaşlığın inkişafı üçün böyük potensial olduğunu deyib və düşüncələrini bölüşüb. Azərbaycan və ölkəmizin inkişaf göstəriciləri ilə bağlı Hindistan Parlamentinin  baş katibi U.S.Saxenanı maraqlandıran sualları da  cavablandıran millət vəkili Qənirə Paşayeva ona Azərbaycan tarixi,mədəniyyəti, Qarabağ, Xocalı Soyqırımı həqiqətlri ilə bağlı materiallar, kitablar və Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib. Millət vəkili Qənirə Paşayeva U.S. Saxenaya rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloğunu da təqdim edib və sizi  hər zaman Azərbaycanda görməkdən məmun olarıq deyib.

Görüşdə iştirak edən Azərbaycanın Hindistandakı fövqaladə və səlahiyyətli səfiri İbrahim Hacıyev  də  Azərbaycan Hindistan münasibətlərinin inkişafına toxunaraq bu münasibətlərin daha da inkişaf  üçün böyük potensial olduğunu və əməkdaşlığın gələcəyə doğru daha da genişlənəcəyin deyib və geniş  fikir mübadiləsi aparılıb.








1 Oktyabr, 2014  09:10 Baxılıb: 1500 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner