Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda vəkil vətəndaşa 10 min dollar “atdı” – ŞOK

Bakı sakini Simsar.az-a hüquqi nümayəndəsi olan vəkil tərəfindən aldadıldığına dair müraciət edib.

Şikayətçi Aytən Fərəcova Simsar.az-a bildirib ki, keçmiş həyat yoldaşı ilə nikahın ləğv olunmasından sonra mülkiyyətin bölünməsinə dair məhkəmə iddiası ilə çıxış edib. Bunun üçün isə səlahiyyətli nümayəndə kimi Vəkillər Kollegiyasının üzvü Rəna Fərzəli qızı Həsənli ilə müqavilə bağlayıb. Vəkili Rəna Həsənli isə aralarında olan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi nəinki yerinə yetirib, hətta cavabdeh tərəfindən ona çatacaq külli miqdarda pulu məhkəmədən alaraq, mənimsəyib.

A.Fərəcovanın sözlərinə görə, birinci məhkəmə instansiyasının qərarı onu qane etmədiyindən Bakı Apellyasiya Məhkəməsinə (BAM) apellyasiya şikayəti edib. İşə BAM-ın Mülki Kollegiyasında hakim İkram Şirinovun sədrliyi ilə keçirilən prosesdə baxılıb: “Müəyyən məhkəmə çəkişməsindən sonra mənimlə keçmiş həyat yoldaşım arasında barışıq sazişi bağlandı. Apellyasiya Məhkəməsinin 1 iyul 2014-cü il tarixli qərarı ilə mənim səlahiyyətli nümayəndəm, vəkil Rəna Həsənli ilə cavabdeh, keçmiş həyat yoldaşım arasında barışıq sazişi təsdiq edildi. Barışıq sazişinə uyğun olaraq, cavabdeh tərəf 10 min ABŞ dollarını məhkəmənin iştirakı ilə qanunla sənədləşdirərək, vəkilim Rəna Həsənliyə mənə təqdim olunması üçün verib. Məhkəmənin bu qərarından isə mənim məlumatım olmayıb. Yəni barışıqdan əlavə 10 min dolların Rəna Həsənli tərəfindən alınmasından xəbərsiz olmuşam. Ona görə də həmin qərardan iki ay keçdikdən sonra belə məhkəmə qərarının icraya yönəlmədiyini düşünmüşəm. Vəkilim tərəfimdən aldadıldığını isə Apellyasiya Məhkəməsinə icradan narazılığımı bildirmək üçün ünvanladığım ərizədən sonra bilmişəm”.

Şikayətçi deyib ki, BAM-a ünvanladığı ərizədən sonra ona verilən cavabdan şoka düşüb: “İşə baxan hakim İkram Şirinovun imzası ilə mənə verilən cavab məktubunda bildirilib ki, barışıq sazişindən sonra mənə çatacaq 10 min ABŞ dolları Rəna Həsənli tərəfindən hələ iki ay əvvəl imza atılaraq, götürülüb. Həmin pulun mənə çatmadığını dedikdə isə hakim aldadıldığımı bildi və Rəna Həsənliyə xəbərdarlıq edərək, həmin pulun mənə qaytarılmasını tələb etdi. Dəfələrlə zəng vurmağıma və axtarmağıma baxmayaraq, mənimlə görüşdən yayınan vəkil, bundan sonra evimə gələrək, vəziyyəti özünəməxsus şəkildə anlatmağa başladı və tezliklə pulu qaytaracağına əmin etdi. O xahiş etdi ki, məsələ ilə bağlı prokurorluğa şikayət etməyim. Lakin bu dəfə də onun tərəfindən aldadıldım. Bu günə qədər isə barışıq sazişindən mənə çatacaq pul qaytarmayıb”.

A.Fərəcova əlavə edib ki, bundan başqa vəkil məhkəmə prosesinin ilkin mərhələsində müqavilədən kənar ondan 1000 və 2000 manat olmaqla ayrı-ayrılıqda pul alıb: “Müqaviləyə əsasən 600 manat vəkilə pul verdim. Sonradan isə məni əmin etdi ki, davanı udacaqsan və bu işi görmək üçün də ona əlavə pul verməliyəm. Mən də iki dəfəyə əvvəlcə 1000 manat, sonra isə 2000 manat pulu ona verdim. Lakin göründüyü kimi vəkil öz üzərinə düşən öhdəliyi nəinki yerinə yetirməyib, hətta məni aldadaraq, xəbərsizliyimdən istifadə edərək, 10 min dollar mənimsəmək istəyib. Bu səbəbdən də ondan müqavilədən kənar verdiyim 3 min manatın da qaytarılmasını tələb edəcəyəm”.

Şikayətçi tələblərinin yerinə yetirilmədiyi təqdirdə prokurorluğa şikayət edəcəyini də vurğulayıb.

Simsar.az digər tərəfin mövqeyini verməyə hazırdır.

Simsar.az

 

 

 







1 Oktyabr, 2014  08:53 Baxılıb: 2138 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner