Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Siyasi partiyalar haqqında qanun”a dəyişiklik edildi

Bundan sonra bir şəxs bir və ya bir neçə partiyaya yardım edə biləcək. Amma bu yardım ildə bir dəfədən artıq olmayacaq və on min manatla məhdudlaşacaq.

Simsar.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçrilən plenar iclasında “Siyasi partiyalar haqqında qanun”a dəyişiklik zamanı müzakirə olunub. Dəyişiklik barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, qanunun 19.7 maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianənin yuxarı həddi on min manatdan artıq ola bilməz. Qanunun 21.2 maddəsinə edilən dəyişikliyə əsasən isə siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər ilin aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim edilməlidir. 21.6 maddəsinə edilən dəyişikliyə əsasən siyasi partiyaların illik maliyyə hesabatları MSK-nın rəsmi internet səhifəsində yerləşdirilir.

Elmar Hüseynov






30 Sentyabr, 2014  16:27 Baxılıb: 922 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner