Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Milli Məclisdə qalmaqal – “Rekord” sözü aranı qarışdırdı

Milli Məclisin bu günkü iclasında vitse-spiker Ziyafət Əsgərovla deputat Zahid Oruc arasında qalmaqal baş verib.

Simsar.az-ın məlumatına görə, gündəliyə salınan məsələlərin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc bildirib ki, Milli Məclisin qısa müddət ərzində 36 qanun layihəsi qəbul etməsi dünya rekordudur.

Deputatın sözünü kəsən Ziyafət Əsgərov isə həmkarını açıqlamasına reaksiya verib: “Belə tikanlı sözlər lazım deyil. Mahiyyəti üzrə danışmaq lazımdır. Niyə deyirsiniz ki, rekord vururuq? Sabah da hansısa mətbuat orqanı bizə lağla yazacaq ki, qısa müddətə 36 qanun qəbul etdi. İclasa gələndə heç olmasa gündəliyə diqqət edin, onu oxuyun”.

Z. Oruc da onun bu reaksiyasını cavabsız qoymayıb: “Qanunları, qanun layihələrini ən çox oxuyanlardan biri mənəm. Dediklərimdə isə tikanlı sözlər yox idi. Sadəcə, fikrimi bildirdim və məlumatlı olduğum üçün belə dedim”.

Elmar Hüseynov







30 Sentyabr, 2014  16:18 Baxılıb: 889 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner