Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Daha iki ölkə ilə viza rejimi sadələşdirilir - XİN

Azərbaycan hökuməti İsveçrə və Norveçlə viza rejiminin sadələşdirilməsi və readmissiyalar haqqında sazişin imzalanmasına hazırlığa başlayıb. Bunu Simsar.az-a xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Onun sözlərinə görə, İsveçrə və Norveçlə viza rejiminin sadələşdirilməsi və readmissiyalar haqqında danışıqlar artıq başa çatıb və hazırda sazişin imzalanmasına hazırlıq gedir.

Sazişin imzalanması tarixinə gəlincə, M.Məmməd-Quliyev qeyd edib ki, ilk növbədə, həmin sazişlərin imzalanması üçün səlahiyyət almaq və digər dövlətdaxili prosedurları yerinə yetirmək lazımdır, bundan sonra konkret tarix haqqında danışmaq olar.

Nazir müavni əlavə edib ki, razılığa əsasən Şengen zonasına daxil olan İsveçrə və Norveçlə sadələşdirilmiş viza rejimi Avropa İttifaqı (Aİ) ilə sazişin şərtlərinə uyğun olacaq.

Qeyd edək ki, Aİ ölkələri ilə saziş bu il sentyabrın 1-də qüvvəyə minib.

Aİ ölkələrində qalmanı nəzərdə tutan qısamüddətli viza 180 gün ərzində 90 gündən artıq müddətdə olmayan vizadır. Sazişə əsasən, viza haqları 60-dan 35 avroyadək endirilib, bəzi kateqoriyadan olan vətəndaşlar isə viza haqlarından azad olunacaq.






30 Sentyabr, 2014  15:25 Baxılıb: 610 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner