Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İzmirdə “Bakı” parkı açıla bilər

İzmir Böyük Şəhər Bələdiyəsinin başqanı Əziz Kocaoğlu İzmirdə yaşayan  bir qrup azərbaycanlını qəbul edib.

Simsar.az-ın məlumatına görə, Azərbaycan Dayanışma və Qardaşlıq Dərnəyinin başqanı, iş adamı Asif Qurban, başqan yardımcısı, Azərbaycan Təhsil Müşavirliyinin İzmir təmsilçisi Cavid Əliyev, 9 Eylül unversitetinin müəllimi, dərnəyin təsisçisi, professor Gülmirə Kuruoğlu, 9 Eylül və İqtisadiyyat unversitetlərinin müəllimi Vəfa Rzayeva, iş adamı, dərnəyin təsisçisi Fərid Novruzov və dərnəyin mətbuat müşaviri, jurnalist Nigar Börəyin qatıldığı görüşdə bir sıra ciddi məsəslələr müzakirə olunub və gələcəkdə birgə görülə biləcək işlər haqda fikir mübadiləsi aparılıb.

Qəbul üçün təşəkürünü bildirən A.Qurban rəhbərlik ediyi dərnək barədə bələdiyyə başqanına məlumat verməklə yanaşı, qarşıda görə biləcəkləri işlər barədə də öz təklifini verib: “Hazırda Bakıda İzmir adını daşıyan bir park var, İzmirdə də , Bakının adını daşıyan bir parkın olması ücün yer ayrılmasını, sizdən xahiş edirik. Parkın qurulması üçün bütün xərcləri öz üzərimizə götürməyə hazırıq,” - deyən A. Qurbanın bu təklifinə bələdiyyə başqanı müsbət baxdığını, yeri müəyyən etdikdən sonra ən yaxın zamanda onlara bilgi verəcəklərini bildirib.

Bundan başqa bəzi tədbirlərin keçirilməsi üçün də müəyyən təkliflər səsləndirilib. A.Kocaoğlu da öz növbəsində bütün təkliflərə sıcaq baxdığını, onlarla əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.

Görüş zamanı bələdiyyə başqanı hər kəslə ayrı-ayrı maraqlanıb tanış olub. Və bu günə qədər dünyanın bir çox yerlərində olmasına rəğmən, Bakıda olmadığını xüsusi olaraq qeyd edib. Azərbaycanlı nümayəndələr də onunla birgə Bakıya getməyə hazır olduqlarını deyiblər. Kocaoğlu da getdiyi hər ölkədə İzmir ücün bir şeylər etməyə calışdığını, heç bir məqsədi olmadan xarici ölkələrə getmədiyini bildirib. A.Qurban da ona İzmir və Bakı üçün önəmli projelərin həyata keçirilməsi üçün birgə addımlar atmağa hazır olduqlarını deyib. Kocaoğlu da Bakıyla İzmirin 85 illik bir qardaşlığı olduğunu, Azərbaycanın onlar ücün yabancı olmadığını xatırladaraq, dəvət alarsa, mütləq gələcəyinə söz verdi.

Səmimi və maraqlı ortamda keçən görüşün sonunda Kocaoğluna Azərbaycanı özündə xatırladan hədiyyələr təqdim edildi. Bələdiyyə başqanı da öz növbəsində qonaqları unutmayaraq, onlara hər zaman İzmiri xatırladacaq hədiyyəsini təqdim etdi.

 






30 Sentyabr, 2014  14:15 Baxılıb: 1251 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner