Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Beynəlxalq təşkilatlar sərt tənqid edildi - Milli Məclisdə

Milli Məclisin bu gün öz işinə başlayan payız sessiyasında AVRONEST tənqid olundu.

Simsar.az-ın məlumatına görə, parlamentin sədr müavini Valeh Əsgərov bildirib ki, AVRONEST Azərbaycana qarşı daim qərəzli münasibət göstərib: “Dağlıq Qarbağın işğalı ilə bağlı AVRONEST-də qətnamə qəbul olunsa da, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Azərbaycana qarşı ikili standartlarla yanaşma var. Azərbaycanı hətta AVRONEST-də bloggerlərlə bağlı şantaj ediblər. Deyiblər ki, ya bizim şərtləri qəbul edin, ya da bloggerlərlə bağlı qərar qəbul ediləcək. Onların məqsədi Azərbaycan xalqını ermənilərlə dost münasibət yaratmasına nail olmaqdır. İstəyirlər ki, xalqlar arasında barışıq yaransın və Qarabağ məsələsi xalqımızın yadından çıxarılsın. QHT-lərə də ayrılan xarici investorların maliyyə investisiyalarının məqsədi də budur”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, AVRONEST 2009-cu ildəki hesabatlarını yenidən təkrar edir: “Görünür ki, onlarda Azərbaycana qarşı qərəzli münasibət hələ də dəyişməyib”.

Millət vəkili, YAP Siyasi Şurasının üzvü Siyavuş Novruzov isə “Fredoom Hause” təşkilatının Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli olduğuna görə tənqid edib: ““Freedom House” adlı anonim beynəlxalq təşkilat Azərbayacana qarşı qərəzli mövqeyini davam etdirir. Onlar Azərbaycanda həbs olunan QHT rəhbərlərinin azad olunmasını tələb edirlər. Onlar girov deyil ki, qeyd-şərtsiz onları azad edək. İstintaq davam edir və bu hüquqi qaydada həll olunmalıdır. Azərbaycandakı QHT-lər beynəlxalq təşkilatlardan alınan qrantların hesabatını verməlidir. Biz AŞPA nümayəndələrinə sual verdik ki, Rusiyanı səsvermə mandatından məhrum edirsiniz, amma Ermənistanı yox, bunun səbəbi nədir? Cavab bu oldu ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə 1992-ci il idi. Azərbaycan isə 2001-ci ildən Avropa Şurasının üzvüdür”.

Elmar Hüseynov







30 Sentyabr, 2014  11:48 Baxılıb: 738 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner