Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Məzarı işğal altında qalan sənətkar

“Azad bir quşdum

Yuvamdan uçdum

Bir bağa düşdüm

Bu gənc yaşımda”

Bu misraların və bu misralara qoşulan nəğmənin səsləndiyi hər yerdə onun ruhu dolaşır. Mahnının lentə alınmasından 20 ildən artıq vaxt ötür. Ancaq Səxavət səsi ilə, gah pıçıltı, gah harayı ilə möhür vurduğu “Azad bir quşdum” mahnısı bu gün də ənginliklədə qanad açıb uçur.

Bu gün Azərbaycanın ifaçılıq məktəbinin unudulmaz nümayəndələrindən biri olan Səxavət Məmmədovu əlimizdən alan o dəhşətli faciədən 23 il ötür.

Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Beləcə Azərbaycan mədəniyyətinə Cabbar, Bülbül, Üzeyir bəy, Seyid, Xan kimi dahilər bəxş edən Qarabağ torpağı Səxavət Məmmədov kimi bir sənətkar da yetişdirdi.  Muğama vurğunluğu onu çox gənc ikən sənətə gətirdi. Səxavət hələ özü oxumamışdan ürəyi quş kimi ötürdü.Yaşı, tarixi əsrlərin o üzünə gedib çıxan muğamda yeni cığır açmaq asan deyildi, amma Səxavət bunu bacardı.

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə “Hümayun” xalq ansmblının solisti olur. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

YOLDA QƏZA

Şöhrəti hələ erkən yaşlarında yaxalayan sənətkarın həyat ulduzu tez söndü. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Bu tarix Səxavətin başdaşına yazılası oldu. Yolda qəza, vur-tut 38 yaş və faciəvi sonluq... Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı

ƏSL XANƏNDƏ, VƏTƏNPƏRVƏR OĞUL

Bəzən deyirlər, musiqi olan Qarabağda körpələr də “Segah” üstə ağlayırlar. Elə Səxavətin də səsi “Segah”a yatımlı idi, ruhu “Segah”a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz “Segah”ladındadır.

Son dərəcədə kövrək qəlbə sahib olan sənətkarın səmimiyyəti də dillər dastanıdır.Səmimiyyəti onun baxışlarında idi. Dili deyə bilmədiklərini, ürəyindən keçənləri yalnız gözlərindən duymaq, baxışlandan anlamaq mümkün idi.

“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı. Səxavət “Qarabağ”la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı. O təkcə oxumur, həm də erməni təcavüzünə qarşı dayanan yerli özünümüdafiə dəstələrinə yardım edirdi. İndi qəbri işğal altında qalan Səxavət özü də bir əsgər, bir şəhiddi...

SÖNMƏYƏN OCAQ

İndi Səxavət Məmmədovun adını daşıyan “Qarabağ” instrumental ansamblına xanəndənin kiçik qardaşı, əməkdar artist Fehruz Səxavət başçılıq edir. Onun mahnıları dillərdən düşmür. Ukraynada yaşayan həmyerlimiz Burzu Əliyev onun bütün irsini tapıb nəşr etdirir. Uzun müddət bərpa olunan sınıq-salxaq lent yazılarının ilk diski 2003-cü ildə Kiyevdə işıq üzü gördü. “Azad bir quşdum” adlı CD-nin ayağı düşərli oldu. 2007—2008-ci illərdə Səxavətsevərlər “Səxavətli muğamlar” və “Səxavətli mahnı və təsniflər” disklərini əldə etdilər. Təmənnasız paylanan albomların içi kimi çölü – tərtibatı da göz oxşayır.

Səxavətin lentə alınan “Ay bəri bax”, “Uca dağlar”, “Yar bizə qonaq gələcək”, “Ay çiçək” “Ay Laçın”, “Sarı bulbul”, “Apardı sellər Saranı”, “Olmaz –olmaz” və başqa mahnıları bu gün də Azərbaycan radiosunun fonotekasında dəyərli əmanət kimi saxlanılır. Onun “Segah” muğamı yaddaşlara əbədi həkk olunub. Səxavətin səsi ilə “Segah” muğamı qovuşub desək, yanılmarıq. Çünki o səs seçilən, heç bir analoqu olmayan bir səsdir. O səsdə sevincimizi, kədərimizi, həsrətimizi, sevgimizi tapırıq. Bu bənzərsiz səs bu gün də, sabah da, hələ neçə-neçə illər sonra da öz təravətin itirməyəcək. Ona görə ki, bu adi səs deyil. Bu səsin ruhu var.

Yazıçı-publisist Mustafa Çəmənli “Səsin ruhu” kitabında Səxavət Məmmədovun səsinin ruhunu çox ustalıqla təsvir edib. Məlahətli səsi, bənzərsiz ifası ilə hələ uşaqlıq çağlarından sənətin zirvəsinə ucalan Səxavət Məmmədovun qısa zamanda parlayan ulduzu onun ölümündən sonra da sönmədi. Əksinə Səxavətsiz keçən bu 23 ildə onu sevənlərin, yolu ilə getmək istəyənlərin sayı artdı. Bu məqamda Seyid Əzimin “Seyyida, ölmərəm, aləmdə səsim var mənim” -misrası yada düşür. Doğrudan da bu müdrik deyim sanki Səxavət Məmmədov kimi səsi əbədiyaşar bir sənətkarın ölməzliyini bir daha təsdiq edir.

23 ildir ki, biz Səxavət Məmmədovun məzarını ziyarət edə bilmirik. Çünki onun məzarı işğal altındadır. Bu gün biz Səxavət Məmmədovu onun oxuduğu mahnıları dinləməklə yad edərək ruhunu şad edəcəyik.

Günel

 







30 Sentyabr, 2014  10:35 Baxılıb: 1391 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner