Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mustafa Mərdanov adına səhnənin açılışı oldu

Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) görkəmli teatr və kino xadimi Mustafa Mərdanovun 120 illik yubileyi keçirilib və “Zəfər” teatr studiyasında onun adını daşıyan səhnənin açılışı olub.

Simsar.az xəbər verir ki, ATXİ-nin sədri, xalq artisti Azərpaşa Nemətov Mustafa Mərdanovun adının əbədiləşdirilməsi məqsədilə onun adına səhnə açdıqlarını qeyd edərək, bu səhnədə yeni-yeni tamaşalar hazırlanacağını söyləyib.

Bildirilib ki, Mustafa Mərdanov 1894-cü ildə Tiflisdə anadan olub. 74 il yaşayan sənətkar ömrünün yarım əsrdən çoxunu milli teatr və kino sənətinin inkişafına həsr edib.

Onun M.F.Axundzadənin “Molla İbrahimxəlil kimyagər” komediyasında Molla Həmid, “Hacı Qara”da Hacı Qara, C.Cabbarlının “Sevil”ində Atakişi, “Solğun çiçəklər”də Əbdül, N.Qoqolun “Müfəttiş”ində Xlestakov kimi teatr səhnəsində yaratdığı obrazlar bu gün də yaddaşlardadır.

Vurğulanıb ki, Mustafa Mərdanov teatr səhnəsində olduğu kimi kinoda da bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradıb. Bunların içərisində “Hacı Qara”da Kərəməli, “Qanun naminə” filmindəki Murtuz Murtuzov, “O olmasın, bu olsun”da intellegent Həsən və s. rollarını qeyd etmək olar.

O, görkəmli aktyor olmaqla yanaşı, yazıçılıq və tərcüməçiliklə də məşğul idi. Onun tərcümə etdiyi kitablar və teatr xadimləri haqqında yazdığı “Mənim müasirlərim” və “Xatirələrim” əsərləri bu gün də milli teatr tarixinə həsr olunmuş qiymətli mənbə hesab olunur. Mustafa Mərdanovun teatr xadimi kimi gördüyü işlər də qeyd edilməlidir. O, Azərbaycan Teatr Cəmiyyətinin sədri işlədiyi zaman, müavini və yaxın dostu Zəfər Nemətovla birlikdə min bir əziyyətlə cəmiyyət üçün Teatr Xadimləri İttifaqının yerləşdiyi hazırkı binanın tikilməsinə nail olub.

Sonra görkəmli sənətkarın 120 illiyinə həsr olunmuş “Mənim xatirələrim, mənim müasirlərim” tamaşası nümayiş olunub. Tamaşa Mustafa Mərdanovun “Xatirələrim” və “Mənim müasirlərim” kitabları əsasında hazırlanıb. Tamaşada rolları xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov ifa ediblər.

Tamaşada Mustafa Mərdanovun xatirələri əsasında onun həyat və yaradıcılığı, müstəsna xidmətləri haqqında məlumat verilib.

Sonda tədbir iştirakçıları Mustafa Mərdanova həsr edilmiş fotosərgi ilə tanış olublar.







30 Sentyabr, 2014  09:38 Baxılıb: 1095 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner