Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qırıcılar İŞİD-i bombaladı

Anti-İŞİD koalisiyası növbəti gündə də Suriyada terrorçu dəstə üzvlərinin mövqelərini bombalayıb.

Simsar.az-ın məlumatına görə, əsasən, İŞİD-in mərkəzi şəhəri Raqqada əməliyyatlar keçirilib. Şəhərin şimal bölgəsində bir məktəb və hava limanı bazası aviazərbələrin hədəfinə tuş gəlib.

Suriyanın xarici işlər naziri Valid Müəllim BMT-nin Baş Assambleyasında çıxışı zamanı rəsmi Dəməşqin İŞİD-ə qarşı mübarizədə həmrəy olduğunu bildirib. Lakin, nazirin sözlərinə görə, Amerika Birləşmiş Ştatları ölkədəki “mötədil müxalifət” adlandırdığı, əslində, ekstrimçi qüvvələri silahlandırmaqla Suriyada ikiməqsədli siyasət yürüdür.

“Terrorizm təkcə Suriyanın sərhədləri daxilində cərəyan etmir, çünki terrorizmin sərhədləri yoxdur. Bu ekstrimçi ideologiya öz azğın əməllərindən başqa heç kimi haqlı görmür – qətllər, işgəncələr törədir. Suriyadakı təhlükəyə qarşı vahid mövqedən çıxış etməyin vaxtı çatıb. Lakin biz Amerika hökumətinin Suriyada mötədil adlandırığı müxalifət qüvvələrini silahlandırmaq və təlimləndirməklə ikili standart yürütdüyünü görürük. Amerikanın bu cür yanaşma tərzi, əslində, zorakılıq və terrorizmin alovlanmasına səbəb olur”, - deyə Müəllim qeyd edib.

Nazir onu da əlavə edib ki, Suriya hökuməti terrorzimə qarşı mübarizədə istənilən beynəlxalq təşəbbüsün tərəfdarıdır, lakin mübarizə Suriyanın suverenliyi çərçivəsində aparılmalıdır.






29 Sentyabr, 2014  23:36 Baxılıb: 772 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner