Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Bu, qələbəyə yaxınlaşdıran addımdır" - AŞPA nümayəndəmiz

AŞPA-nın plenar iclasında Büronun sentyabrın 2-də Parisdə keçirilmiş iclasının protokolu təsdiq edilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA – ya verdiyi məlumata görə, iclasda “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması haqqında qərar qəbul olunub və bu tapşırıq aidiyyatı üzrə Siyasi Məsələlər Komitəsinə göndərilib.

E. Süleymanov qeyd edib ki, AŞPA baş katibi Voytsex Savitski qərarla razı olmadığını, məruzənin başlığının Ermənistana qarşı təxribat olduğunu və plenar iclasda Büro protokolunun təsdiq edilməsinin qarşısını alacağını deyib. Məsələ müzakirəyə çıxarılan kimi Ermənistan nümayəndə heyətinin məruzənin adına etiraz etdiyini deyən deputatın sözlərinə görə, ermənilər ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar getdiyi bir vaxtda belə bir məruzənin hazırlanmasına dair qərarın qəbulunu təxribat adlandırıblar və protokolun təsdiqlənməsinə qarşı olduqlarını bildiriblər.

“Bəzi ermənipərəst deputatlar da Ermənistan tərəfini dəstəklədiklərini və əksinə səs verəcəklərini bildirdilər. Məsələ səsverməyə çıxarıldı və səs çoxluğu ilə büronun 2 sentyabr qərarı təsdiq edildi.  Bu, bizi qələbəyə yaxınlaşdıran ciddi bir addımdır və növbəti mərhələ 1 oktyabrda Siyasi Məsələlər Komitəsində məruzəçinin təyin edilməsindən ibarətdir. Şübhəsiz ki, burada da çox böyük gərginlik qaçılmazdır”, - deyə o vurğulayıb.






29 Sentyabr, 2014  19:38 Baxılıb: 774 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner