Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Geologiya və Geofizika İnstitutu elmi-texniki bazasını zənginləşdirir

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu elmi nəticələrin istehsalatda tətbiqi istiqamətində imkanlarını təkmilləşdirir. Akademiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, institutun “Analitik Cihaz və Avadanlıqlardan Kollektiv İstifadə Mərkəzi”nə “Universal S8 tiger” rentgenspektrometri, “JEOL MS 6610LV” skaynerli elektron mikroskopu, “Rigaku Miniflex 600” rentgendifraktometri, “Agilent technologies 200 series AA” atom absorbsiyası və “Agilent technologies 7700 e İCP-MS” analizatorları alınıb. Mərkəzin rəhbəri Nazim Sadıqov bildirir ki, bu avadanlıqlar mineral xammal, süxur, filiz, metal və ərintilərin, həmçinin torpaq, dib çöküntüləri, sement, şüşə və daşların tərkibində mikroelementləri müəyyən edə bilir. Eyni zamanda onların vasitəsi ilə istənilən qeyri-üzvi bərk və maye maddələrin, içməli və texniki suların kimyəvi tərkibini, o cümlədən neft və neft məhsullarındakı metalların mikrokomponentlərini təyin etmək mümkündür. Sözügüdən elmi-texniki vəsaitlər ABŞ, Almaniya və Yaponiyada istehsal edilib. Bu cihazlarla analizlərin aparılması zamanı metodik göstəricilər və təlimatlardan istifadə edilir. Analizlərin nəticələrinin düzgünlüyü isə Rusiya, Almaniya və Yaponiyadan alınmış xüsusi dövlət standartları ilə yoxlanılır.

Aysel Kərimova







29 Sentyabr, 2014  16:05 Baxılıb: 850 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner