Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Oqtay Şirəliyev Xaçmazda vətəndaşlarla görüşdü

Səhiyyə Naziri Oqtay Şirəliyev Xaçmaz rayon Mərkəzi Xəstəxanasında Xaçmaz və ətraf rayonlardan olan Quba, Qusar, Şabran rayon sakinlərini qəbul edib. Səhiyyə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Simsar.az xəbər verir ki, sakinlərlə görüş zamanı onların istək və arzuları, vətəndaşların problem və xahişləri ilə yaxından tanış olan nazir, həmin məsələlərin həlli istiqamətində bir sıra tapşırıq və göstərişlər verib.  Daxil olmuş müraciətlər əsasında qısa müddət ərzində 6 nəfər - Xaçmaz rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər – Hepatit komissiyasına, 2 nəfər – Xaçmaz rayon Mərkəzi Xəstəxanasının hemodializ şöbəsinə, 1 nəfər –  Akad. M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə, 1 nəfər - Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 nəfər Kliniki tibbi mərkəzə, 1 nəfər – 2 saylı Uşaq Xəstəxanasına, 1 nəfər – Uşaq Nevroloji Xəstəxanasına göndərilmiş və səhhətləri nəzarət altına götürülüb.

Bundan əlavə olaraq, vətəndaşlara səhiyyə ilə bağlı iş təklifləri və vətəndaşların təmin edilməsi ilə əlaqədar olaraq müraciətlərə baxıldı və tədbirlər görüldü.

Qəbul zamanı daxil olmuş bir necə müraciət isə dövlət başçısına və səhiyyə nazirinə əhalinin sağlamlığına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq hisslərini ifadə etmək üçün edilib.

 

 






29 Sentyabr, 2014  14:26 Baxılıb: 694 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner