Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

DİN icra başçısının oğlunun adını qəza xəbərinə salmadı

Daxili İşlər Nazirliyi McDonalds - Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin oğlunun qəzada ölməsi ilə bağlı məlumat yayıb.

Simsar.az xəbər verir ki, DİN-in saytında sözügedən qəza ilə bağlı məlumat dərc olunsa da, icra başçısının oğlunun adı çəkilməyib. Məlumatda qeyd olunur ki, sentyabrın 27-də saat 18 radələrində Xəzər rayonu Türkan qəsəbəsində Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi “Hovo” və Bakı şəhər sakini Pərvin Fətullayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. P.Fətullayev və 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən Sənan Mirzəyev orada ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Maraqlıdır ki, DİN-in yaydığı məlumatda “Mercedes” markalı avtomobili icra başçısının oğlunun deyil, başqa bir şəxsin idarə etdiyi qeyd olunub.

Bir daha qeyd edirik ki, qəza ilə bağlı ilk məlumatı milli.az saytı yayıb. Həmin məlumatda da bildirilirdi ki, hadisəni törədən icra başçılarından birinin oğlu olub. "Qafqazinfo" isə həmin icra başçısının adını dəqiqləşdirib. Məlum olub ki, 90 AR 819 dövlət nömrə nişanlı “Mercedes”in sürücüsü Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlidir. İlham Əsgərli hazırda xəstaxanadadır. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.






29 Sentyabr, 2014  13:54 Baxılıb: 776 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner