Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nizami Cəfərovdan şikayət: “Gənclərin elmə marağı azalıb”

“Təsadüfi elm adamları Sovet dövründən qalıb”

“Azərbaycan elmində bir vaxtlar olduğu kimi təsadüfi adamlar yoxdur. Çoxu da o vaxtdan qalıb”. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, millət vəkili Nizami Cəfərov Simsar.az-a açıqlaması zamanı səsləndirib. O bildirib ki, savadsız adamların ordan-burdan köçürüb elm adamı olmasına imkan verilə bilməz.

Açıqlama zamanı professor müasir gənclərin elmə marağının azlığından şikayətlənib. O, bunu elmdə gəlirin azlığı ilə izah edib. “İndi elmə gələn gənclər də azdır. Gəlirin azlığına görə, bu istiqamətə meyl edilmir. Çox zaman daha istedadlı uşaqlar yüksək maaşlı ixtisasları seçirlər”.

Gənclərin elmə həvəsləndirilməsi üçün hansı addımların atılması ilə bağlı suala cavab verərkən N.Cəfərov süni addımların heç bir fayda vermədiyini qeyd edib. “Yalnız Azərbaycanda deyil, dünyanın hər yerində belədir. Elə gənclər var ki, onlar elmə bağlıdır. Elələri də var, hər iki işi görür. Elmə süni şəkildə diqqəti yönəltmək mümkün deyil. Bu gün dövlət siyasətində də gənc alimlər üçün xüsusi qrant layihələrin hazırlanması proqramı yer alır. Məsələ burasındadır ki, burada da rəqabət var.

Gənclərin yaşlı alimlər tərəfindən üzləşdikləri çətinliklərə münasibət bildirən dilçi alim vurğulayıb ki, istedadı olan gənc alimə heç kim mane ola bilməz. Onun sözlərinə görə, müdafiənin öz qanunları var. “Yaşlı alimlərdən biri mən, heç kimə maneə törətməmişəm. Əksinə, köməklik edirəm ki, işlərini müdafiə etsinlər. Ancaq söhbət istedaddan gedir. Çətinliklərdən narazı olanların ya istedadı, ya da texniki proseslərdən keçməyə iradələri yoxdur. Elm elə şeydir ki, gərək onunla istedadlar məşğul olsunlar. Təsadüfi adamlara isə mane olmaq lazımdır. Çünki onlar elmə gəldikdən sonra ən böyük maneəyə çevrilirlər”.

Ülviyyə Cövdətqızı







29 Sentyabr, 2014  12:35 Baxılıb: 852 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner