Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident "Dostluq" uşaq bağçasının açılışını etdi

Azərbaycan prezidenti İlham Əliyev Həştərxanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Simsar.az-ın verdiyi məlumata görə, İlham Əliyev sentyabrın 29-da Rusiya Federasiyasının Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan 11 nömrəli orta məktəbin nəzdində inşa edilmiş “Dostluq” uşaq bağçasının sentyabrın 29-da açılışı da olub.

Həştərxanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində çıxış edib.

Sonra bağçanın açılışı olub.

Binanın foyesində ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini, dövlətimizin başçısı İlham Əliyevin Həştərxana səfərlərini, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu şəhərdə görülən işləri əks etdirən fotostend yaradılıb.

Bağçanın təməli 2013-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə qoyulub.

Prezident İlham Əliyevə məlumat verildi ki, 140 yerlik bağçada həm Həştərxanda yaşayan azərbaycanlı, həm də yerli ailələrin uşaqları təlim-tərbiyə alacaqlar. Ümumilikdə bu məktəbəqədər müəssisədə 2-6 yaş arasında uşaqlar üçün 6 qrup nəzərdə tutulub. Bağça bütün zəruri avadanlıq və inventarla təchiz edilib. Uşaqlar üçün yaradılan idman və musiqi zalları, digər otaqlar ən müasir tələblər səviyyəsində qurulub.

Bağça ilə tanışlıqdan sonra dövlətimizin başçısı İlham Əliyev Həştərxanda yaşayan azərbaycanlılarla xatirə şəkli çəkdirib.

Simsar.az

 






29 Sentyabr, 2014  12:20 Baxılıb: 692 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner