Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Çölçü” “Platinum mükafatı” aldı

Şamil Əliyevin “Çölçü” bədii filmi İndoneziyanın Cakarta şəhərində keçirilmiş “International Movie Award - 2014” kinofestivalının “Ən yaxşı rejissor işi” üzrə “Platinum mükafatı”na layiq görülüb.Simsar.az  xəbər verir ki, müsabiqəyə 30 ölkədən 225 film seçilib. Filmlər “Platinum” və “Gold” olmaqla, 2 bölmədə mükafatlandırılıb. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış bu film 30-dək beynəlxalq kinofestival və forumlarda iştirak edərək bir neçə mükafat və diplomlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub.

Günel







29 Sentyabr, 2014  11:40 Baxılıb: 876 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner