Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Dəmirin keyfiyyəti yüksələcək” - “Polad İstehsalı Kompleksi”

“Daşkəsən Filizsaflaşdırma” ASC “Azərbaycan Polad İstehsali Kompleksi” QSC-nin strukturuna daxil olduqdan sonra istehsalat prosesi yenidən başlayıb.

QSC-nin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, müəssisədə istehsalın yüksək səviyyədə həyata keçirilməsi üçün bir neçə istiqamətdə işlərə start verilib. Müəssisə yeni texnika və avadanlıqlarla təchiz edilir. Bu günlərdə yeni “BeLaz” markalı karyer maşınlarının gətirilməsi müəssisədə istehsal olunan məhsulun həcminin artırılmasına şərait yaradıb. Məlumat üçün bildirək ki, “BelAZ-75131” Azərbaycan da ən iri yükünü özü boşaldan maşın olacaq. İndiyədək Azərbaycanda belə iritutumlu yük maşını olmayıb.

Xəbərdə bildirilib ki, əlaqəli müqavilə 27 iyun 2014-cü iltarixində “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin struktur vahidi olan “Daşkəsən Filizsaflaşdırma” ASC ilə Belarusun “BelAZ” ASC-nin “İrridio Motors” lizinq şirkəti arasında imzalanıb.

Müqaviləyə əsasən, “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC 12 ədəd yeni “BelAZ” markalı karyer yük avtomobili gətirib. “Daşkəsən Filizsaflaşdırma” ya gətirilən avtomaşınlardan yükgötür məqabiliyyəti 45 ton olan 10 ədəd “BelAZ-7547”, iki ədədi isə yükgötürmə qabiliyyəti 140 ton olan“BelAZ-75131” markalı avtomaşınlardır.

Avtomaşınlar Daşkəsən rayonu ərazisində dəmir filizi hasilatında istifadə edilir ki, bu da bu günki istehsal həcmi ilə məhsulun mayadəyərini 23 faiz aşağı salmağa imkan yaradır.

QSC-dən o da qeyd olunub ki, istehsalda müasir tələblərə cavab verən səviyyədə həyata keçirmək üçün kamera sistemi işə salınıb.

Artıq idarəetmə otağından müəssisədə istehsal prosesini izləmək mümkündür.

Müəssisədə istismar da olana vadanlıqlar yeniləri ilə əvəzedilməyə də başlanıb. İstismar da olan avadanlıqların yenisi ilə əvəzedilməsi prosesi bağlanmış müqavilələrə əsasən həyata keçirilir. Quraşdırılan yeni avadanlıqların sayəsində həm məhsuldarlıq artacaq, həm də istehsal olunan dəmir konsentratının keyfiyyəti 66-67 faizə qədər yüksələcək.

Simsar.az







29 Sentyabr, 2014  11:02 Baxılıb: 2417 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner