Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“İŞİD-i zəif bildik” – Obamadan ETİRAF

ABŞ Prezidenti Barak Obama, Amerika kəşfiyyat təşkilatlarının İŞİD-in gücünü olduğundan zəif dəyərləndirdiklərini etiraf edib.

Simsar.az xarici mediaya istinadən xəbər verir ki, Obama bir televiziya kanalına müsahibəsində, “İraq ordusunun İŞİD-ə qarşı müharibə gücünün və iradəsinin şişirdildiyi” fikrinin də “tamamilə doğru” olduğunu deyib.

Bir yandan Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşarkən, digər yandan da Əsəd rejiminə qarşı olan İŞİD-ə qarşı döyüşməyin zidiyyətin də fərqində olduğunu deyən Obama, “Zidiyyətli bir qərarda və zidiyyətli bir şəraitdəki zidiyyətin fərqindəyəm. Qorxunc qətliamlar törədən Əsəd hakimiyyəti altında Suriyada sabitliyə nail ola bilmərik. Suriyanın bütöv qala bilməsi üçün, Əsədin bütün bu baş verənləri kontrolda saxlaması mümkün deyil. Digər tərəfdən, ABŞ-a qarşı yaratdıqları təhlükə baxımından, “Xorasan”, “İŞİD” – bunlar amerikalıları öldürə bilərlər”.

İŞİD, Əsəddən daha önəmli təhlükədir

Obama, “Yəni, bu mərhələdə İŞİD-in Əsəddən daha önəmli olduğunumu söyləyirsiniz?” sualına, “Dediyim budur ki, bunların hamısı bir-biriylə bağlantılıdır, ancaq mübarizə aparılması gərəkən daha vacib təhlükə var”, - deyə cavab verib.

ABŞ-ın İraq və Əfqanıstanda olduğu kimi bölgəyə qurudan əsgər yeridilməyəcəyini bir daha təkrarlayan Obama, “Öz torpaqlarında, öz əsgərləriylə olan çox ciddi bir müharibədə İraqa kömək edirik. Bu, İŞİD-ə qarşı Amerikanın münasibəti deyil. Bu, təhlükkəsizlik şərikliyimizin olduğu bir ölkəyə kömək etmək üçün, Amerikanın beynəlxalq ictimaiyyətə liderlik etməsidir” deyib.

İŞİD sadəcə bir terror təşkilatı deyil, torpaq arzuları və ordulara məxsus strategiya və taktikalarının olduğunu qeyd edən ABŞ prezidenti, “ABŞ İraqdan çəkildiyində geridə pozulmamış bir demokratiya, yaxşı vəziyyətdə bir ordu və öz gələcəklərini özlərinin təyin edə bilmə qabiliyyəti buraxdı. Lakin bu fürsət, öz Şiə tərəfini gücləndirməyə daha çox diqqət ayıran o zamankı İraq Baş Naziri Nuri əl-Maliki tərəfindən boşa xərcləndi”, - deyə davam edib.

Obama indiki Baş Nazir Heydər əl-İbadinin bu ana qədər “düzgün addımlar” atdığını dilə gətirib: “Bəzi şeylər var ki, biz bunu onların əvəzinə edə bilmərik. Bu, sadəcə hərbi problem deyil, siyasi bir porblemdir”.

Bölgədə siyasi sabitliyin və dostluq ruhunun bir gecədə təmin edilə bilinməyəcəyini deyən Obama, bölgədə gənclərin, yaxşı təhsil alıb-almadıqları, ya da iş sahibi olub-olmadıqlarından başqa, Şiəmi, yoxsa Sünnimi olduqları üzərində baş sındırıldığı bir şəraitin mövcud olduğunu deyib.

“İslam, sülhü təşkilatlandıran bir dindir”

Obama, İslamla müharibə etmədiklərini təkrarlayaraq, “İslam, sülhü təşkilatlandıran bir dindir və müsəlmanların böyük əksəriyyəti sülhsevərdirlər. Lakin hazırda müsəlman dünyasında, fərqli bir Tanrıya ibadət edən günahsız insanların öldürülməsini qəbul edilə bilən olduğunu iddia edən, çox uzun zamandır böyüyən bir xərçəng var” - sözlərini dilə gətirib.

Vüsal Qarayev







29 Sentyabr, 2014  10:55 Baxılıb: 863 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner