Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Populyar mahnıların müəllifini və dünyaya gələcək övladını xilas edək – VİDEO

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, bir çox populyar mahnıların sözlərinin müəllifi, gənc şairə Sevinc Şirin xəstəxanaya yerləşdirilib.

Simsar.az xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şairənin səhhəti olduqca ağırdır. O, qan xəstəliyindən əziyyət çəkir. S. Şirinin həkimləri bildirib ki, şairənin həyatda qalması üçün ona hər gün 2 plazma qan vurulmalıdır.

Məsələnin ən acınacaqlı tərəfi isə odur ki, S. Şirin ana olmağa hazırlaşır. Gənc şairə 6 aylıq hamilədir.

Şairənin hamiləliyi zamanı üzə çıxan qan xəstəliyi isə səhhətini daha da ağırlaşdırır. Nəğməkar şairə təxminən 1 aydır Kliniki Tibbi Mərkəzin genekologiya şöbəsinə yerləşdirilib.

Maddi çətinliklər üzündən isə qan alınmasında ciddi problemlər yaşanır. Səhiyyə müəssisəsində isə şairəyə davamlı qan vurulması üçün imkan olmadığı bildirilib. Dünyaya gələcək körpəni və şairəni ölümün “caynağı”ndan xilas etmək üçün qana və maddi dəstəyə ehtiyacı var.

Xatırladaq ki, şairə Sevinc Şirinin sözlərinə bəstələnmiş mahnılar Röya, Samira, Murad Sadıx, Aygün Kazımova, Elnur və digər populyar müğənnilərin repertuarına daxildir.

 

 






29 Sentyabr, 2014  10:39 Baxılıb: 2719 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner