Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Deputat məlumat vermədən hərbi hissəyə gedə bilərmi? –AÇIQLAMA

“Ordu qapalı müəssisədir. Ona görə də orduya ictimai nəzarət Müdafiə Nazirliyinin icazəsilə aparılmalıdır”.

Bunu Simsar.az-a açıqlamasında Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.

O bildirib ki, hərbi hissələr SSRİ dövründə də qapalı müəssisələr olub, onların nömrələri gizlədilib. Bütün bunlar isə təhlükəsizlik məqsədilə edilib. Bu səbəbdən nəzarət adı ilə hərbi hissələri özbaşına ziyarət etmək düzgün deyil.

Millət vəkillərinin və digər ictimai şəxslərin hərbi hissələr və xidmətdə olan əsgərlərin vəziyyəti ilə maraqlanmaq üçün qəfil ziyarətinin məqsədəuyğun olmadığını bildirən Ç. Qənizadə icazə alındığı təqdirdə rəhbərliyin buna razı olacağına əminliyini bildirib:

“Orduya ictimai nəzarəti gerçəkləşdirən qurum var. Ancaq millət vəkili nə vaxt hərbi hissələrə getmək istəsə mən inanıram ki, həmin hərbi hissənin rəhbərliyi tərəfindən mütləq icazə veriləcək. Özbaşına getmək isə daxili qaydalara, gizliliyə müvafiq olaraq düzgün deyil. Mən özüm də bir il əvvəl Beyləqanda hərbi hissəni ziyarət edərkən hərbi hissə rəhbərliyindən icazə almışam”.

Ülviyyə Cövdətqızı







29 Sentyabr, 2014  09:44 Baxılıb: 874 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner