Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlik internat evinə baxış keçirdi – FOTOLAR

İnternatda yaşayanların doğma ailə mühitinə qaytarılması vacibdir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Göygöl rayonunun Qırıqlı kəndində yerləşən 8 saylı ruhi-əsəb təmayüllü internat evinin ətrafında salınmış yeni parkın açılışı olub. Həmçinin internat evində sakinlər üçün yaradılmış şəraitə baxış keçirilib.

Tədbirdə çıxış edən nazirliyin aparatının rəhbəri Əjdər Cəbiyev, hazırda bu sosial xidmət müəssisəsində 18 yaşdan yuxarı olmaqla 140 nəfərin dövlətin diqqət və qayğısı altında olduğunu bildirərək, tam dövlət müəssisələrinin təminatının gücləndirilməsi istiqamətində aparılan işlər bu internat evindən də yan keçmədiyini qeyd edib: “İnternat evində yaşayanların yaşayış şəraiti, həmçinin qida, geyim və tibbi xidmətlə təminatı xeyli yaxşılaşdırılıb. Bu sahədə aparılan işlərdən biri kimi, müəssisənin ətrafındakı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılaraq, internat evinin sakinləri üçün park yaradılıb”.

Parkda müxtəlif bəzək kolları əkilib, istirahət köşkləri, fəvvarə və süni şəlalə, kiçik körpülər, əyləncə qurğuları və s. quraşdırılıb, müxtəlif nağıl personajlarının şəkilləri olan lövhələr qoyulub. Yeni salınmış parkla yaxından tanış olan tədbir iştirakçıları daha sonra internat evində sakinlərin bacarıqlarının inkişafı üçün yaradılmış dərnəklərin fəaliyyətinə baxıblar. Baxış zamanı bildirilib ki, burada rəqs, ifaçılıq, musiqi, rəsm, tətbiqi sənət, kompyuter və digər dərnəklərdə sakinlər öz bacarıqlarını sınayırlar. Dərnəklərdə məşğul olan sakinlər isə əl işlərini, habelə mahnı və şer ifalarını tədbir iştirakçılarına nümayiş etdiriblər.

O da qeyd olunub ki, internat evində yaşayanlar hərtərəfli qayğı ilə təmin olunsalar da, onların doğma ailə mühitinə qaytarılması, de-institusionalizasiya istiqamətində tədbirlərə də önəm verilir. Ailələrlə aparılan müvafiq işlərin nəticəsi kimi, cari ilin ötən dövründə internat evinin 8 nəfər sakininin doğma ailələrinə qovuşmalarına nail olunub.

Vüsal Qarayev






29 Sentyabr, 2014  09:25 Baxılıb: 670 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner