Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

VI Beynəlxalq Musiqi Festivalı “Fiqaronun toyu” ilə bağlandı

Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Simsar.az xəbər verir ki, festivalın sonuncu günü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V.A.Motsartın “Fiqaronun toyu” operasının premyerası olub.

Səhnə əsərinin dirijoru Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

Baş rolları Belarusun Əməkdar Artisti Vladimir Qromov, Ukraynanın Əməkdar Artisti Dmitri Qrişin, Əməkdar Artist, Prezident mükafatçısı İnarə Babayeva, Əməkdar artistlər Fəridə Məmmədova və Əkrəm Poladov, eləcə də aktyorlar İlham Nəzərov, Tural Ağasıyev ifa ediblər.

Sentyabrın 18-dən başlanan Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalında 11-dən çox xarici ölkənin dünyada tanınmış kollektivləri iştirak edib. Bu müddətdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında dahi Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünya şöhrətli bəstəkarların əsərləri həm yerli, həm də xarici ölkələrinin musiqiçilərinin ifasında təqdim olunub.

Festival çərçivəsində, həmçinin M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən dahi bəstəkarın həyat və yaradıcılığını əhatə edən sərgi və “Üzeyir Hacıbəyli – müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi” adlı elektron məlumat bazasının təqdimatı keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən isə “Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” mövzusunda elmi-praktik konfrans təşkil olunub, “Ensiklopediya azerbaydjanskoqo muqama” kitabı təqdim edilib.

Günel







29 Sentyabr, 2014  09:00 Baxılıb: 840 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner