Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“ASAN xidmət” mükafat paylayacaq

3 oktyabr 2014-cü il tarixində “ASAN xidmət” mərkəzlərinin əməkdaşları arasında Şüvəlan qəsəbəsi ARENA idman klubunda Peyntbol Turniri keçiriləcəkdir.

Peyntbol Federasiyasının Mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, turnirin əsasnaməsi Gənclər və İdman Nazirliyi və Peyntbol Federasiyası tərəfindən təsdiq edilib.

Turnirə 16 komandanın qatılması nəzərdə tutulur.

Turnirin keçirilməsində məqsəd gənclərin fiziki hazırlığının artırılmasına dəstək, onların  idman naliyyətlərinin, o cümlədən vətənpərvərliyin təbliğ edilməsi, peyntbol idman növünün gənclər arasında təbliği, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda mənəvi və fiziki tərbiyəsi, həmçinin, gənclərin sağlamlığının qorunması işinə xidmət göstərilməsidir.

Turnirdə 1, 2 və 3-cü yerləri qazanacaq komandalara və digər iştirakçılara müvafiq olaraq qiymətli hədiyyələr, diplomlar, xatirə medalları təqdim olunacaq.

İdmançıların mükafatlandırlması mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Peyntbol Federasiyasının rəhbərliyi iştirak edəcək.






27 Sentyabr, 2014  16:18 Baxılıb: 743 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner