Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Mikroavtobus "Mercedes"ə çırpıldı - Yaralılar var

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA - nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 27-də Ələt-Astara avtomobil magistralının 138-ci kilometrliyində,  yolun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayon sakini Ələsgər Miriyevin idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusu Ələt istiqamətində hərəkətdə olarkən, onunla eyni istiqamətdə hərəkətdə olan və dönmə manevri etmək istəyən Cəlilabad sakini Süleyman  Süleymanovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinə çırpılıb.

Zərbənin gücündən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, mikroavtobusun qabaq təkərləri çıxaraq yolun kənarına düşüb. Mikroavtobusun sürücüsü Ə. Miriyev isə müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla baglı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.






27 Sentyabr, 2014  15:34 Baxılıb: 775 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner