Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“İŞİD”, “Xorasan”ın İslamla əlaqəsi yoxdur – İLAHİYYATÇI

“İŞİD”, “Xorasan” kimi terror təşkilatlarının islamla əlaqəsi yoxdur. Bunu anlamaq üçün Məhəmməd Peyğəmbərin (s) həyıtına nəzər salmaq kifayətdir”.

Bunu Simsar.az-a açıqlamasında ilahiyyatçı Rövşən Məmmədov dedi. Əraflarına dəhşət saçan, İslam adı ilə dünyanı şoka salan, xüsusi zalımlıqları ilə seçilən terror təşkilatlarının kökündə İslamiyyətin durmadığını deyən ilahiyyatçı, belə terrorçuların meydana çıxmasında əsas səbəbin, İslamın düzgün anlaşılmadığı olduğunu bildirdi: “İŞİD”, “Xorasan” kimi terror təşkilatlarının İslamla əlaqəsi yoxdur. Bu İslamiyyətin səhv anlaşılmasıdır. İnsanlar İslamı başa düşmədən öz istədikləri kimi yaşamaq istəyirlər. Həzrəti Məhəmmədin (s) həyatına nəzər salmaq kifayətdir ki, İslamın şiddət dini olmadığını anlayasan”.

R. Məmmədov, Həzrəti Peyğəmbərin (s) düşmənlərinə qarşı seçdiyi strategiya ilə, bu gün özlərini müsəlman adlandıran terrorçuların əməlləri arasında heç bir oxşarlığın olmadığını vurğuladı: “Onun 23 illik peyğəmbərlik dövrü olduqca kəşməkəşli, əziyyətli keçib, çoxlu düşmənləri olub, lakin peyğəmbər düşmənlərinə qarşı, bu gün “İŞİD”-in, “Xorasan”ın və ya digər özlərini müsüəlman adlandıran təşkilatların seçdiyi metodu seçməyib. Peyğəmbərimizin İmam Əli (ə) kimi yardımçısı olub. Peyğəmbər ona bir xəncər verib əmr etsəydi, gedib onun istənilən düşməninin başın kəsə bilərdi. Amma o bu yolu seçmədi. Bu da onu göstərir ki, bu cür terror təşkilatlarının kökündə İslamiyyət durmur. Terrorist müsəlman ola bilməz. Müsəlman müsəlmanı öldürə bilməz”.

Ümumiyyətlə bir insanı haqsız yerə, sənin kimi düşünmür deyə öldürmək müsəlman, İslam anlayışında yoxdur, deyən ilahiyyatçı, yenə də Məhəmməd Peyğəmbər (s) həzrətlərinin həyatından misal göstərərək, “Peyğəmbər əfəndimiz ələ keçirilən qənimətlərdən o zaman müşriklərin çoxluqda yaşadığı Məkkə sakinlərinə də göndərərdi. İslamda insanlara, ümimiyyətlə canlılara zülm, işgəncə yoxdur. İslamda sevgiyə yer var, nifrətə yox. İslam humanizm dinidir. Çox təssüf ki, İslamı yer üzərində insanlar düzgün başa düşüb, düzgün yaşamırlar” – dedi.

Vüsal QARAYEV







27 Sentyabr, 2014  10:32 Baxılıb: 1538 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner