Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıda Bernar Buffenin sərgisi açıldı

Bakıda, Heydər Əliyev Mərkəzində məşhur fransız rəssamı Bernar Buffenin fərdi sərgisinin açılış mərasimi olub.Simsar.az xəbər verir ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva açılış mərasimində iştirak ediblər.

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərgi haqqında məlumat verərək deyib ki, bu gün növbəti layihəmizi təqdim edirik. Bir neçə ay ərzində şəhərimizin sakinləri və qonaqları Heydər Əliyev Mərkəzində görkəmli fransız rəssamı Bernar Buffenin sərgisi ilə tanış ola bilərlər. A.Ələkbərov layihənin ərsəyə gəlməsində böyük zəhməti olan Heydər Əliyev Mərkəzinin və London Opera Qalereyasının kollektivlərinə dərin minnətdarlığını bildirib. O, diqqətə çatdırıb ki, layihənin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Sərgidə Sonra London Opera Qalereyasının direktoru Jan-David Malat çıxış edərək sərginin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi. Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Bernar Buffenin Heydər Əliyev Mərkəzindəki sərgisi 2015-ci il yanvarın 15-dək davam edəcək.

Bernar Buffe 1928-ci il iyunun 10-da Parisdə anadan olub. Rəssam melanxolik, monoxrom əsərləri ilə məşhurlaşıb. О, "Fəxri Legion", "İncəsənət və Ədəbiyyat" ordenlərinin kavaleri olub. 1973-cü ildə Yaponiyada Bernar Buffe Muzeyi yaradılıb. Parkinson xəstəliyindən əziyyət çəkən rəssam 1999-cu ildə 71 yaşında intihar edib.

 

 







27 Sentyabr, 2014  08:57 Baxılıb: 930 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner