Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya Turizm Günü qeyd olundu

Bakıda Dünya Turizm Gününə həsr olunmuş tədbir keçirilib.

Simsar.az xəbər verir ki, dövlət qurumlarının, rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin, həmçinin özəl turizm sektoru nümayəndələrinin iştirakı ilə baş tutan tədbir Dünya Turizm Təşkilatının Baş katibi Taleb Rifalinin video müraciəti ilə başlayıb.

Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib. O, 12 il əvvəl Heydər Əliyevin dəstəyini qazanmış Mədəniyyət Nazirliyinin funksiyasına turizm işinin də əlavə edildiyini, beləliklə, ölkədə turizmin inkişafının əsası qoyulduğunu xatırladıb. Nazir vurğulayıb ki, son 4 ildə respublika dünya turizm sistemində xüsusi çəkisi ilə tanınıb. Bircə o faktı demək kifayətdir ki, bu ilin altı ayında Azərbaycana 1 milyon 196 min turist gəlib.

Tədbirin gedişində respublikada turizmin inkişafına həsr olunmuş “Azerbaijan review” jurnalının xüsusi nömrəsinin təqdimatı olub və nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyevin respublikada turizmin ninkişafına dair arayışı dinlənilib.

Sonda turizm fəaliyyətində fərqlənmiş bir qrup işçiyə “Fəxri Turizm İşçisi” döş nişanı, “Fəxri Fərman” təqdim olunub.

Tədbirin keçirildiyi “Fairmont Baku” hotelinin foyesində respublika turizm firmaları əməkdaşlarının çəkdikləri fotalardan ibarət sərgi nümayiş etdirilib.

Xatırladaq ki, Dünya Turizm Günü münasibətilə bu gün saat 10-00-dan başlayaraq iş gününün sonuna kimi Mədəniyyət və Turizm Nazirliyinin və “İçərişəhər” DTMQİ-nin tabeçiliyində olan turizm nümayişi obyektlərində “açıq qapı günü” elan olunub.

 

Günel

 

 






27 Sentyabr, 2014  08:32 Baxılıb: 1017 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner