Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan və Avstriya musiqiçiləri bir arada

Vyanada “Konzerthaus” mədəniyyət evində Azərbaycanın və Avstriyanın musiqiçiləri birgə konsert proqramı ilə çıxış ediblər.

Simsar.az xəbər verir ki, “Azərbaycan dostluq konserti” silsiləsindən reallaşan konsertin birinci hissəsində “Odlar Yurdu” ansamblı Azərbaycan xalq mahnıları və muğamlarını ifa edib. İkinci hissədə isə Azərbaycanın Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Vyana Kamera Orkestri azərbaycanlı solistlərin iştirakı ilə davam edib. Konsertdə Üzeyir Hacıbəyli, Volfqanq Amadeus Motsart, Tofiq Quliyev, Niyazi, Cüzeppe Verdi, Rauf Hacıyev və digər bəstəkarların əsərləri səsləndirilib. Xalq Artisti Murad Hüseynovun fortepianoda ifası və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti İlahə Əfəndiyeva və vokal ifaçısı Ramil Qasımovun səsləndirdiyi musiqi əsərləri tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Belə konsertlər Azərbaycan ilə Avstriya arasında mədəni əlaqələri dərinləşdirmək, Azərbaycan bəstəkarlarının Şərq və Qərb musiqisinin çalarlarının əks olunduğu əsərlərini avropalı musiqisevərlərə tanıtmaq və ümumilikdə Azərbaycan musiqi mədəniyyətini təbliğ etmək məqsədilə mütəmadi olaraq təşkil olunur.

 






27 Sentyabr, 2014  08:04 Baxılıb: 884 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner