Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ümumdünya Lal-karlar Günüdür

Bu gün 1951-ci ildə Beynəlxalq Lal-karlar Federasiyasının təsis olunması ilə əlaqədar yaranıb.

BMT-nin statistikasına görə, hər 9 nəfərdən biri eşitmə qabiliyyətindən məhrumdur. Onlar bu qabiliyyəti anadangəlmə, xəstəlik və ya travma nəticəsində itirirlər.

Azərbaycanda da kifayət qədər eşitmə qüsurlu insanlar var. Dövlət tərəfindən lal-kar uşaqların cəmiyyətə inteqrasiyası üçün müəyyən işlər görülür. Simsar.az xəbər verir ki, 3 nömrəli Respublika xüsusi internat məktəbi də bu istiqamətdə ixtisaslaşıb.

Məktəb 1969-cu ildən fəaliyyət göstərir. Hazırda müəssisədə 645 lal-kar uşaq təlim-tərbiyə alır. Onların təhsili və tərbiyəsi ilə 250 nəfər müəllim, 177 nəfər tərbiyəçi məşğul olur.

İnternat məktəbində “Bacarıqlı əllər”, dama, futbol, rəsm dərnəyi fəaliyyət göstərir.  Bununla yanaşı, məktəbin şagirdlərindən ibarət rəqs qrupu var.

2013-2014-cü tədris ilində məktəbi 51 nəfər şagird bitirib. Onlardan  9 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Digər məzunların əksəriyyəti lal-kar şəxslər üçün axşam məktəbində təhsillərini davam etdirirlər.

 

Vüsal Məmmədzadə

 

 






27 Sentyabr, 2014  07:41 Baxılıb: 2981 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner