Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Hafiz Hacıyev: “Müsavatın başqanı Qubad İbadoğlu olacaq”

“Müsavat Partiyasında satqınlarla yeni qüvvələr arasında mübarizə gedir”.

Bunu Simsar.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

O bildirib ki, Müsavat qrant partiyasıdır və bu şəxslər Azərbaycanın milli maraqlarına heç zaman xidmət etməyib: “Bu gün keçiriləcək qurultayda Qubad İbadoğlu başqan seçiləcək. Çünki orda iki satılmış dəstə arasında mübarizə gedir. Biri Qərbə, o biri daxili qüvvələrə satılıb. Bu cəmlənən insanlar maddi maraqlarını təmin etmək üçün partiya mənafeyini qurban veririlər. Lazım olanda günəşin də, ayın da mövcudluğun danırlar”.

Onun sözlərinə görə, qurultayda böyük qarşıdurma və dava olacağı qaçılmazdır.

MMP sədri bildirib ki, Qubad İbadoğlu başqan seçildiyi təqdirdə Müsavatda dağılma baş verəcək: “Mən Qubadın şansını yüksək qiymətləndirirəm. Çünki onun həm daxildə, həm də xaricdə tərəfdarları çoxdur. Həm də onu intiligent şəxs kimi sevirlər. Arif Hacılının isə şansı sıfıra bərabərdir”.

Hüseyn İbadlı






27 Sentyabr, 2014  08:00 Baxılıb: 987 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner