Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Allahşükür Paşazadə Rusiya patriarxı Kirill ilə görüşdü

Bu gün Moskva və bütün Rusiyanın patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın Milli Məclisinin üzvü Cavanşir Paşazadə də iştirak edib.

Patriarx Kirill Allahşükür Paşazadəni dinlərarası əməkdaşlıqdakı rolu və 65 illik yubileyi ilə əlaqədar Rusiya Pravoslav Kilsəsinin Müqəddəs Moskva Knyazı Daniilin şərəfinə olan birinci dərəcəli ordenlə təltif edib. Orden A. Paşazadəyə təqdim olunub.

Kirill şeyxülislamı Moskvada görməkdən şad olduğunu deyib. O, Rusiya-Azərbaycan münasibətlərindəki inkişafdan danışıb, iki ölkənin ruhən qardaş olduğunu söyləyib. Kirill Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib və şeyxülislamın münaqişənin həllində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Allahşükür Paşazadə isə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Kirillə çatdırıb: “Mən Azərbaycan prezidenti ilə telefonla danışdım, dövlət başçısı İlham Əliyev sizi xeyli vaxtdır Azərbaycanda görmədiyimizi dedi və ölkəmizə səfərə dəvət etməyimi istədi”.

Şeyxülislam da öz növbəsində Qarabağ probleminin həlli üçün göstərdiyi səylərə görə patriarxa təşəkkür edib.

Ukrayna münaqişəsi barədə danışan QMİ sədri qeyd edib ki, iki qardaş xalq arasında baş verənlər Azərbaycan xalqını narahat edir: “Ümid edirəm ki, hər iki xalq götür-qoy edəcək və bu münaqişə sona yetəcək”.

Daha sonra Kirill və Allahşükür Paşazadə arasında ikitərəfli görüş başlayıb.






26 Sentyabr, 2014  15:16 Baxılıb: 873 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner