Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda ilk: iki məhkum evləndi

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində nikah mərasimi keçirilib.

Simsar.az-ın məlumatına görə, 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Masallı rayon sakini Məmmədov Rüfət Kamal oğlu ilə 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Astara rayon sakini Ağayeva Fərzanə Allahverdi qızının müraciətləri əsasında onların nikah mərasiminə şərait yaradılıb. Bu gün təşkil olunmuş tədbirdə onların nikahı rəsmiləşdirilib.

Tədbirdə iştirak edən Penitensiar Xidmətin rəis müavini Rafiq Ramazanov, 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Mahir Əliyev hər iki şəxsi təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzu ediblər. R. Ramazanov bildirib ki, iki məhkumun nikaha daxil olması ilk dəfədir ki, baş verir.

R. Məmmədov və F. Ağayeva isə yaradılan şəraitə görə, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, R. Məmmədov və F. Ağayeva azadlıqda olanda ailə həyatı qursalar da, rəsmi qaydada nikaha daxil olmayıblar. Onların iki azyaşlı uşaqları var.

Hər iki şəxs Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsinə əsasən ittiham ediliblər. Məhkəmənin hökmü ilə R. Məmmədov 7 il, F. Ağayeva isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.







26 Sentyabr, 2014  15:05 Baxılıb: 779 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner