Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Dağlıq Qarabağ Münaqişəsinə Beynəlxalq Baxış” adlı konfrans yekunlaşıb

Dağlıq Qarabağ münaqişəsinin həll olunması zərurətini dərk edərək Azərbaycan Gənclərinin Avro Atlantika Təşkilatı İctimai Birliyi (AGAAT) tərəfindən icra olunan və Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Dağlıq Qarabağ Münaqişəsinə Beynəlxalq Baxış: Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması ”adlı layihə çərçivəsində 26-29  Sentyabr 2014 – cü il  tarixlərində Bakı şəhərində beynəlxalq seminar-konfrans öz işinə başlayıb. . Milli Radio və Televiziya Şurasının mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, qeyd olunan beynəlxalq seminar-konfransın qarşısına qoyduğu məqsədlər Avropanın müxtəlif bölgələrindən olan gənc ekspertləri (tələbələr, araşdırmaçılar, QHT nümayəndələri, və gənc siyasətçilər) və eləcə də eyni səviyyəli yerli gənc ekspertləri bir araya toplayaraq Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək olub. Bunu etməkdə əsas məqsəd yerli və xarici ekspertlərin bu sahədə olan fikirlərini iştirakçılara çatdırmaq, bu münaqişələrin həlli yollarında atılan addımlar və beynəlxalq təşkiltların oynadığı rol barədə məlumat vermək və beləliklə də münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına nail olmaqdır.

Tədbirin açılışında çıxış edən Azərbaycan Gənclərinin Avro Atlantika Təşkilatı İctimai Birliyinin sədri cənab Ziya Qazıyev layihənin əhəmiyyəti və aktuallığı barədə məlumat verib. Açılışa dəvət edilən Azərbaycan Gənclər Fondunin sektor müdiri cənab Orxan Ərəbov Azərbaycan Gənclər Fondunun fəaliyyət sahəsi barədə qisa məlumat verərək seminarın iştirakçılarına uğurlar diləyib. Beynəlxalq seminar-konfransa dəvət edilmiş münaqişələr sahəsində fəaliyyət göstərən xarici və yerli mütəxəssislər, elmi işçilər və Beynəlxalq Təşkilat nümayəndələrinin Avropanın 10 müxtəlif ölkəsindən olan xarici və yerli iştirakçılara münaqişələr, onların həlli yolları və perspektivlər mövzularında çixışları nəzərdə tutulub. Bu seminar-konfransin nəticəsi olaraq iştirakçıların Daqğlıq Qarabağ münaqiəsi barəsində tədqiqatları və düşüncələri toplu olaraq nəşr olunacaq. Toplu nəşr Azərbaycanda yerləşən xarici ölkə səfirliklərinə, Beynəlxalq Təşkilatların Bakı nümayəndəliklərinə və müxtəlif beyin mərkəzlərinə paylanacaq.

Aysel Kərimova

 






26 Sentyabr, 2014  14:20 Baxılıb: 735 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner