Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Yalqız Qərb” Permə gedir

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Perm şəhərində keçiriləcək I Beynəlxalq Martin MakDonax Festivalına dəvət alıb. Simsar.az xəbər verir ki, oktyabr ayının 7-dən 14-dək davam edəcək festivalda teatrın kollektivi dramaturqun  “Lineynin trilogiyası”na daxil olan “Yalqız Qərb” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək.

Quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Gülnar Hacıyeva, işıq üzrə rəssamı Maykl Manyon, quruluşçu rəssamı Elizabet Kuk, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları Nigar Məmmədova, Rasim Cəfərov, Anar Səfiyev, Vüsal Mehrəliyev ifa edəcəklər.

Oskar mükafatçısı Martin MakDonax Festivalının keçirilməsi təkcə Rusiya teatr məkanı üçün deyil, ümumilikdə bütün dünya üçün olduqca əhəmiyyətli teatr hadisəsidir. Festivalın məhz Perm şəhərində keçirilməsinın səbəbi isə ondan ibarətdir ki, Permdə fəaliyyət göstərən və festivalın əsas təşkilatçılarından biri olan “У моста” teatrının səhnəsində dünyada ilk dəfə olaraq dramaturqun 7 pyesi hazırlanaraq nümayiş etdirilib. Buna görə də teatr 2008, 2010 və 2012-ci illərdə bir sıra nüfuzlu mükafatlara layiq görülüb. “XXI əsrin əsas dramaturqu”, “Müasir səhnənin möcüzəsi” və digər ləqəblərə malik Martin Makdonaxın da iştirakının nəzərdə tutulduğu festivalda həmçinin Moskva Bədaye Teatrı (Moskva), Sankt Peterburqun Böyük Dramatik Teatrı, Almaniya, Avstriya, Perm, Bosniya-Hesoqovina, Çexiya, Polşa, İjevsk və digər ölkələrin teatr kollektivləri iştirak edəcəklər.

Festival çərçivəsində rejissorlar üçün İrlandiyanın “Dekadent” teatrının bədii rəhbəri Endryu Flinin iştirakı ilə seminar-treninqlərin, MakDonax yaradıcılığının tədqiqatçısı Patrik Lonerqanın iştirakı ilə ustad dərslərinin keçirilməsi, habelə Martin MakDonaxın dünya teatrlarında səhnəyə qoyulmuş tamaşalarının video versiyasına ictimai baxış və müzakirəsi, teatr tənqidçilərinin dəyirmi masa arxasında tamaşaların müzakirəsi, İrland rəqsləri üzrə ustad dərslərinin təşkili də nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, ötən mövsümdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Mədəniyyət və Turizm Nazirliyi və British Council Azərbaycan nümayəndəliyinin birgə layihəsi çərçivəsində Oskar mükafatçısı Martin MakDonaxın “Lineyn Trilogiyası”na daxil olan “Lineynin Gözəllik kraliçıas”, “Konnemarada bir kəllə” və “Yalqız Qərb” tamaşalarını səhnələşdirilmişdir. Böyük Britaniyanın teatr mütəxəssisləri və teatrımızın gənc rejissor və aktyorlarının birgə işi olan, eləcə də Azərbaycan teatr məkanında ilk dəfə olaraq bir müəllifin 3 əsərinin bir gündə təqdim olunması həm teatr ictimaiyyətinin, həm də tamaşaçıların böyük marağına səbəb olub.

Günel







26 Sentyabr, 2014  14:02 Baxılıb: 877 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner