Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ziya Məmmədovun oğlu məhkəməni uduzdu

Modern.az xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyilə keçirilən məhkəmədə Rauf Arifoğlu iş adamı Anar Məmmədova qalib gəlib.

“Məhkəmə prosesi yekunlaşdı. Anar Məməmmədovun şikayəti əsassız hesab edildi. Hakim onu icrata qəbul etməkdən imtina etdi”. Bu barədə Modern.az-a vəkil Cavad Cavadov məlumat verdi.

“Tərəflərdən heç biri məhkəmədə iştirak etmədi. Prosesdə tərəfləri vəkillər təmsil edirdi. Ola bilər ki, qarşı rətəf yenidən məhkəməyə iddia versin. Bu istisna edilmir. Hər bir halda biz öz sübutlarımızı təqdim etdik və sözügedən məqalədə Rauf Arifoğlunun işlətdiyi ifadələrin jurnalist fikri kimi qiymətləndirilməsini istədik. Eyni zamanda şikayətin verilməsində də qüsurlar var idi. Məhkəmə bizim irəli sürdüyümüz dəlillərlə razılaşdı”.

Qeyd edək ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu xüsusi ittiham qaydasında məhkəməyə vermişdi.

İddia ərizəsində A. Məmmədov R. Arifoğlunun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmasını tələb etmişdi.

Simsar.az






26 Sentyabr, 2014  13:49 Baxılıb: 915 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner