Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Soma faciəsinə həsr edilən mərasimdə iştirak edib – FOTOLAR

Milli Məclisin deputatı Qənirə Paşayeva Somada 301 şəhid mədənçinin xatirəsinə həsr olunan tədbirdə çıxış edib.

Simsar.az-ın məlumatına görə, Somanın mərkəzində Cengiz Topel Meydanında həyata keçirilən tədbirdə Qənirə Paşayeva, habelə Azərbaycandan bir çox şair və sənətçilər daxil olmaqla 100-ə yaxın peşəkar və həvəskar şair iştirak edib.

Şəhid ailələrinin də iştirak etdiyi tədbirdə Mehmet Metin Baş çıxışında Qənirə Paşayevanın bir aylıq maaşını Somada ölənlərin ailələrinin hesabına köcürdüyünü mərasim iştirakçılarının diqqətinə çatdırdıraraq təşəkkürünü bildirib.

Q. Paşayeva isə bunu özünə bir borc hesab etdiyini deyib. Millət vəkili bütün şəhid ailələrinə, qardaş Türkiyə və türk xalqına təkrar  bassağlığı verərək, bir daha “belə acılar baş verməz” - deyib.

Q. Paşayeva bütün Azərbaycan heyətini səhnəyə dəvət edərək çıxışında bildirib: “Biz buraya Azərbaycan xalqının duyğu ve düşüncələrini gətirdik. Bu bizim ortaq acımızdı. Yəni Türkiyənin acısı bizim də acımızdı. Azərbaycanın ümummili lideri Heydər Əliyevin dediyi kimi, “Biz bir millət iki dövlətik” və Türkiyənin bütün acılarını canımızdakı kimi hiss edərik. Əgər Azərbaycanın bir acısı varsa, o Türkiyənin, Türkiyəmizin bir acısı varsa, o da Azərbaycanın acısıdır. Şəhid anaları, şəhid xanımları, uşaqları ilə bu acıları, bu acılarımızı paylaşdıq. İnşallah nə Türkiyəmizdə, nə Azərbaycanımızda, nə Türk dünyasında  belə acılar yaşanmasın. Analar gözü yaşlı qalmasın, uşaqlar atasız böyüməsin deyirik. İnşallah Somanın xoşbəxt günlərini paylaşmaq üçün gələk”.

Millət vəkili Azərbaycanın ümumilli problemi olan Qarabağın işğalından, Ermnistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğalda saxlamasından, 20 mindən çox insanımızın şəhid olmasından, 1 milyon azərbycaanlının hələ də öz evinə dönə bilməməsindən, 10 minlərlə insanın bu işğal zamanı sağlamlığını itirməsindən də söz açaraq bir şəhid analrının, ailələrinin, uşaqların acısının nə olduğunu yaxşı bildiyini söyləyib.

Çıxışının sonunda Qənirə Paşayeva tədbirin təşkilatçılarına Azərbaycan bayrağı hədiyyə edib.

Tədbirdə Türkiyədən və Azərbaycanda şair və sənəçilər çıxış edərək, Somadakı insanlarımızın yanında olduğunu deyiblər.

Qeyd edək ki, Somada baş vermiş mədən faciəsi ilə bağlı 100 şairin 301 şəhid mədənçinin xatirəsinə həsr edilən “Soma şeirləri Antologiyası” adlı kitab nəşr edilib.

Simsar.az








26 Sentyabr, 2014  12:49 Baxılıb: 891 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner