Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Jirnovskinin anasının ayağı “sürüşkən” olub” - Hafiz Hacıyev

“Türkiyədə olan yaxın dostlarımızın köməyi nəticəsində arxivdən sənədləri çıxararaq Vladimir Jirnovskinin atasının türk olduğunu sübut etdik. O vaxtı onun anasının ayağı “sürüşkən” olub. Biz istəyirdik ki, bunu Bakıda da ona başa salaq”.

Bunu Simsar.az-a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Vladimr Jirnovskininin Azərbaycana səfərinin detallarını açıqlayarkən deyib.

O bildirib ki, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Validimr Jirnovski Azərbaycana Milli Məclis tərəfindən dəvət edilib: “Buna görə də  Milli Məclis Jirnovskini ağıllandırmaq missiyasını üzərinə götürən Müasir Müsavat Partiyasınının nümayəndə heyyəti ilə LDPR liderinin görüşünü təşkil etməliydi. Amma görünür Milli Məclis qısqanclıq edir. Jirnovski ilə bizim görüşümüzü protokola salmır”.

H. hacıyev Jirinovski ilə bağlı bir həftə öncə Rusiyanın Bakıdakı səfirliyinə müraciət etdiklərini də deyib: “Jirinovski vaxtiylə Azərbaycan haqqında təhqiramiz fikirlər səsləndirdi. Elə o vaxtı onu, Moskvada başa saldıq. İstəyirik ki, Bakıda da görüşək. Dediklərimizin həqiqət olduğunu əyani şəkildə ona sübut edək. Təəssüflər olsun ki, bəzi dairələr buna qısqanclıqla yanaşdı”.

Partiya sədrinin sözlərinə görə, son günlər Jirnovskinin Azərbaycan rəhbəri və ümumilli lideri haqqında xoş sözlər deməsində MMP-nın böyük rolu olub: “Bizim MDB üzrə müşavirimiz böyük səy göstərərək Azərbaycan həqiqətlərini Jirnovskiyə çatdırdı. Mən özüm də dəfələrlə onunla görüşməyə cəhd elədim. Onun telefonuna zəng vurdum. Köməkçisi Dumadadı deyə, cavab verdi. Buna baxmayaraq biz, öz işimizi görürük”.

MMP sədri vaxtı ilə partiyanın bəyanatının böyük səs-sədaya səbəb olduğunu da qeyd edib: “Bəyanat bütün Rusiya KİV-də yayımlandı. Belə bir başlıqla yazılar dərc olunmuşdur ki, Azərbaycanda prezidentliyə namizəd olan müxalifət lideri Jirinovskinin qulağını kəsmək istəyir. O, özü də demişdi ki, Azərbaycanda partiya sədri məni ölümlə hədələyir. Bu faktları hamısını saxlayırıq”.

Hüseyn İbadlı

 

 

 






26 Sentyabr, 2014  12:26 Baxılıb: 1213 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner