Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İsa Qəmbər Müsavat başqanı kimi sonuncu mətbuat konfransını keçirdi

Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın VIII qurultayı qabağı bu vəzifədə sonuncu mətbuat konfransını keçirib.

Simsar.az-ın məlumatına görə, qurultayı Müsavatın tarixində önəmli hadisə kimi xarakterizə edən İ. Qəmbər bildirib ki,  qurultayda Nizamnamə və proqramda müəyyən dəqiqləşdirmələr, dəyişikliklər nəzərdə tutulub.

İ. Qəmbər partiya başqanlığı uğrunda gedən mübarizəni də önəmli hadisə hesab edib: “Bunun üçün öncədən zaman müəyyənləşdirilir. Bu, Müsavatın ənənəsidir. Amma sabah başlanacaq qurultayda daha önəmli bir addım atılacaq. Bu, başqanın dəyişməsi ilə bağlı seçkilərdir”.

Qeyd edək ki, Müsavat Partiyası sentyabrın 27-də Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evində səkkizinci qurultayını keçirəcək. Qurultayda yeni başqan seçiləcək. Başqanlığa dörd namizəd var. Bunlar Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoydur.

İsa Qəmbər isə partiya bərpa olunan tarixdən – 1992-ci ildən qurumun başqanıdır.

Simsar.az







26 Sentyabr, 2014  11:59 Baxılıb: 764 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner