Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qəzada ölən tələbələrin nəşinin vətənə gətirilməsi ilə bağlı açıqlama -XİN

Türkiyədə yol qəzası zamanı ölən azərbaycanlı tələbələrin cənazələrinin vətənə çatdırılması, lazımi sənədləşmə işlərinin aparılması və yaralananlara dəstək verilməsi istiqamətində Baş konsulluq fəaliyyətini davam etdirir. Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məlumat verib.

H.Hacıyev bildirib ki, Türkiyə Respublikasının Uşak şəhəri dairəsində içərisində Azərbaycan vətəndaşlarının olduğu avtomobil səhər saatlarında yol qəzasına düşüb. Qəza nəticəsində avtomobilin içərisində olan 6 nəfərdən üçü – Anar Musayev, Ülvi Sadiqov, Elvin Hüseynov həlak olub, digər üç nəfər – Əli Kərimli, Mayıs Həsənov, Muğdat Talıblı isə yaralanıb.

Yaralanan şəxslərin vəziyyəti orta-qənaətbəxş hesab olunur. Bu şəxslər Türkiyənin Uşak Universitetinin 1 və 2-ci kurs tələbələridirlər.

Uşak şəhəri Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunun ərazisinə daxil olduğundan Baş konsulluq tərəfindən zəruri tədbirlər görülüb. Hazırda Baş konsulluq tərəfindən Türkiyənin hüquq-mühafizə orqanları və səhiyyə xidməti ilə lazımi təmaslar davam etdirilir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də bu barədə məlumat verilib. İlkin araşdırma zamanı bu şəxslərin dövlət hesabına təhsil almadıqları müəyyən edilib.

XİN yol qəzasında həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir.






26 Sentyabr, 2014  11:45 Baxılıb: 831 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner