Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TQDK seminar təşkil edir

Ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında elmi-metodiki seminarlar təşkil olunacaq. Komissiyanın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, ibtidai təhsil səviyyəsində (I-IV siniflər) istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar 28 oktyabr 2014-cü il tarixdən fəaliyyətə başlayacaq.

Ümumi və tam orta təhsil səviyyələrinin VII, X və XI siniflərində istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar isə 2015-ci ilin yanvar ayından fəaliyyət göstərəcək.

TQDK-nın regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimlərinin iştirakı ilə nəzərdə tutulan elmi-metodiki seminarlar internet vasitəsilə onlayn rejimdə yuxarıda qeyd edilən vaxtda fəaliyyətə başlayacaq.

2014/2015-ci tədris ili üçün seminarların iş qrafiki ilə tanış olmaq üçün http://www.derslik.edu.az/news/?news=429 keçidinə daxil ola bilərlər.

 

Qeyd: Seminarlarda iştirak etmək istəyənlər TQDK-nın Ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin monitorinqi şöbəsinə, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət edib, qeydiyyatdan keçməlidirlər.

 

Aysel Kərimova







26 Sentyabr, 2014  11:28 Baxılıb: 797 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner