Çində dəhşətli hadisə baş verib. Ölkənin cənubunda Guangşi Cuang Muxtar Vilayətində bıçaqlı bir nəfər 4 ibtidadi sinif şagirdini öldürüb.
Simsar.az Şinhua gentliyinə istinadən xəbər verir ki, Linqşan şəhərinin Pingşan qəsəbəsindəki Gupu məktəbi yaxınlarında, şəxsiyyəti bilinməyən bir nəfərin bıçaqlı hücumuna məruz qalan 4 uşaq qətlə yetirilib.
Xəbərdə 3 şagirdin hadisə yerində, digərinin isə xəstəxanada dünyasını dəyişdiyi bildirilir.
Vüsal Qarayev