Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ-dan Türkiyəyə ilk “İŞİD” tələbi

Rəcəb Tayyib Ərdoğanın dünənki, “Türkiyə İŞİD-ə qarşı mübarizəyə hərbi dəstək də verməyə hazırdır” - açıqlamasından sonra ABŞ-da Türkiyə prezidenti ilə rəsmi Vaşinqtonun yüksək rütbəli şəxsləri arasında bir neçə görüş keçirilib.

Simsar.az-ın məlumatına görə, görüşlərdə rəsmi Ankaranın bölgədə ABŞ-a verə biləcəyi dəstək müzakirə edilib.

Nyu-Yorkda səfərdə olan R. Ərdoğan ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşüb. Baydenlə Ərdoğan arasında görüş Türkiyə prezidentinin Nyu-Yorkda qaldığı mehmanxanada keçirilib.

Ərdoğanla Bayden arasında keçirilən görüşdən əvvəl, ABŞ Dövlət Katibinin Avropa və Asiya üzrə köməkçisi Viktoria Nuland, Türkiyə xarici işlər nazirinin müşaviri Firidun Sinirlioğlu və rəsmi Ankaranın  məsul şəxsləri arasında görüş keçirilib. Görüşdə müzakirə olunan məsələlərin detalları mediaya açıqlanmayıb.

Görüşün keçirildiyi vaxtda isə Ərdoğan ABŞ prezidenti Barak Obama ilə telefonla danışıb. Telefon söhbətində “İŞİD”, bölgədə terror, Suriya kimi məsələrlərdə ABŞ və Türkiyənin birgə mübarizə aparacağı vurğulanıb.

ABŞ və Türkiyə səlahiyyətlərinin görüşündən, Obama ilə Ərdoğanın telefon danışığından sonra isə ABŞ və Türkiyə dövlət rəsmlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Bu görüşdə Türkiyə tərəfindən xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-dan isə vitse-prezident Co Bayden iştirak edib.

Görüşdə ABŞ-ın Türkiyədə yerləşən İncirlikdəki hərbi bazanın “İŞİD”-ə qarşı mübarizədə hansı rol oynayacağı və Türkiyənin Suriyalı müxalifətçilərə təlim və hərbi avadanlıq yardımına dəstək verib- verməyəcəyinin müzakirə edildiyi deyilir.

Bu görüşdən öncə Ərdoğan ABŞ-ın müsəlman icmasının liderləri ilə görüşüb. 30-a yaxın təşkilat liderinin iştirak etdiyi görüşdə İŞİD təhlükəsi müzakirə edilib. Bu görüşün iştirakçılarından biri, “İnanmaq çətin ola bilər, amma, prezident Obama və Ərdoğan İŞİD məsələsində tam olaraq eyni düşünürlər” – deyib.

Vüsal Qarayev

 






26 Sentyabr, 2014  09:35 Baxılıb: 769 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner