Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva rektorla görüşdü - FOTO

Millət vəkili Qənirə Paşayeva Komrat Universitetinin rektoru Zineyda Arikova ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb.

Moldovada səfərdə olmuş millət vəkili Qənirə Paşayeva Komrat Dövlət Universitetinin rektoru, elmlər namizədi Zineyda Arikova görüşüb. Moldova Respublikasına bağlı Qaqauz Yerinin Başqanı Mixail Formuzalın dəvəti ilə Qaqauz Yerində səfərdə olduğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycan və onun müxtəlif bölgələri ilə Moldova və Qaqauz Yeri arasında müxtəlif sahələrdə əməkdaşlığın, əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu deyib. O, bu münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandığını deyib və Moldova ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin genişlənməsinin əhəmiyyətli olacağını bildirib. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən rektor Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və Azərbaycanla Qaqauziya arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. O, rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyacağını da bildirib və universitetdə təhsil alan azərbaycanlı tələbərlə haqqında məlumat verib. Azərbaycan təhsil müəsisələri ilə geniş əməkdaşlığın rəhbərlik etdiyi universitet üçün önəmindən danışan Zinaida Arikova Universitetdə təhsil almaq üçün tələbələrə bütün imkanlar yaradıldığını,azərbaycanlı tələbələrin Qaqauz Yerində özlərini qardaş-bacıları arasında gözəl və rahat hiss etdiklərini deyərək Azərbaycandan daha çox tələbə gəlməsini istədiklərini bildirib. O deyib ki, bu həm də münasibətlərin inkişafı üçün də önəmlidir. Azərbaycan universitetlərinin Moldovanın, Qaqauz Yerinin ali təhsil müəssisələri ilə əməkdaşlığının getdikcə daha da genişlənməsinin vacibliyinə toxunan millət vəkili Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə də rektora geniş məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva Komrat Dövlət Universitetinin rektoru, elmlər namizədi Zineyda Arikovanı Azərbaycana dəvət edib və o da öz növbəsində Azərbaycana səfər etməkdən böyük məmunluq duyacağını deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva rektora Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar və özünün müəllifi olduğu kitabları təqdim edib. Millət vəkili Qənirə Paşayeva rektorun iştirakı ilə Universitetin ziyalıları, bir ssıra müəllimləri və azərbaycanlı tələbələrlə də görüşüb.

 






25 Sentyabr, 2014  16:38 Baxılıb: 768 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner