Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Metrodan istifadə edənlərə - ŞAD XƏBƏR

Bakı Metropolitenində tikilən yeni stansiyalar gələn ildən istifadəyə veriləcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, yeni tikilməkdə olan stansiyalar 2015-ci il istismara veriləcək. Həmin stansiyalar dünya standartlarına uyğun, müasir yeniliklərilə digərlərindən seçiləcək.

“Gələn ildən “Memar Əcəmi-2” və “Avtovağzal” stansiyaları istifadəyə veriləcək. Stansiyalar müasir, Avropa standartlarına uyğun şəkildə tikilib. Stansiyada müasir avadanlıqlar, texnikalar quraşdırılıb. Stansiyalar tikilərkən əlillər də nəzərə alınıb. Onlar üçün xüsusi liftlər quraşdırılıb”, - deyə Nəsimi Paşayev bildirib.

Yeniliklərdən biri də, metropolitenə təzə qatarların alınması ilə bağlıdır. Bakı Metropoliteni üçün yeni müasir vaqonların alınmasına dair xarici şirkətlərlə danışıqlar gedir.

“Yeni alınacaq vaqonların sayı 15 olacaq. Yəni 3 qatar yeni vaqonlarla xidmət göstərəcək. Həmin qatarlar yalnız açılacaq “Memar Əcəmi-2” və “Avtovağzal” stansiyalarında işləyəcək”, - deyə Nəsimi Paşayev bildirib.






25 Sentyabr, 2014  16:21 Baxılıb: 700 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner