Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Partiya sədrlərinin Qərb diplomatlarından nə istədikləri məlum oldu -Eksklüziv

Yusif Bağırzadə: «Ölkədəki ictimai-siyasi vəziyyət, 2 Aprel mitinqi, mitinqdən sonrakı durum və həbslər müzakirə olundu»

Bu gün axşam saatlarında Müsavat Partiyasının qərargahında İctimai Palatanın rəhbərliyi ilə ATƏT-ə daxil olan ölkələrin Azərbaycandakı diplomatik korpus nümayəndələrinin, səfir və yüksək ranqlı diplomatların görüşü keçirilib. 

Görüşdə İctimai Palatadan Müsavat Partiyası başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və AMİP sədri Yusif Bağırzadə, beynəlxalq dairələrindən isə ATƏT-in Bakı Ofisinin rəhbəri səfir Bilge Cankore, Avropa İttifaqı və Avropa Şurasının nümayəndələri iştirak edib. 

Görüş barədə «Simsar.az»-a məlumat verən Yusif Bağırzadə bildirdi ki, görüş kifayət qədər ciddi müzakirələrlə keçib: «Bəzi Qərb dövlətlərinin şəxsən səfirləri, beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı görüşdə ölkədəki ictimai-siyasvəziyyət, 2 aprel mitinqi, mitinqdən sonrakı durum və həbslər müzakirə olundu. İctimai Palata öz mövqeyini bir daha ortaya qoydu. Bəyan etdik ki, biz Azərbaycanda sosial partlayışın, inqilabın tərəfdarı deyilik. Keçirdiyimiz mitinqdə heç bir dini qrupun nümayəndələri iştirak etməyib. Bildirdik ki, biz demokratik islahatların tərəfdarıyıq. Söz, toplaşmaq azadlıqları təmin edilməlidir, Seçki Məcəlləsi dəyişdirilməli, siyasi partiyalar haqqında qanun qəbul olunmalıdır».

Y.Bağırzadənin sözlərinə görə, son günlər hakimiyyət telekanallarında müxalifətə qarşı aparılan kampaniyaya son qoyulması üçün səfirlərdən kömək istəyiblər: “Onlar bütün fikirlərimizi, irad və təkliflərimizi qeydə aldılar. Sual-cavab şəraitində keçən görüş çox pozitiv oldu. Qeyd etdilər ki, təmsil etdikləri dövlət və təşkilatların rəhbərliyi səviyyəsində məsələlərə mövqelərini bildirəcəklər». 

Ruslan XƏLİL






9 Aprel, 2011  01:37 Baxılıb: 1300 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner