Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Kim Çen İn də xəstələndi - FOTOLAR

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın uzun müddət ictimaiyyət qarşısına çıxmaması çox ehtimal ki, onun səhhəti ilə əlaqədardır. Bu barədə Trend Britaniya mətbuatına istinadən məlumat verir.

Tokionun məşhur "Vaseda" Universitetinin professoru Tosimitsu Suqemura bildirib ki, K.Ç.Inın səhhətində problemlərin olması barədə çoxsaylı məlumatlar var idi: "Bu məlumatları liderin iyul və avqustda keçirilən tədbirlərdə nəzərəçarpacaq dərəcədə axsadığını göstərən videomateriallar müşayiət edir. Aydın görünür ki, o, tez və düz yeriyə bilmir".

KXDR liderinin bu yaxınlarda yayımlanan fotoları açıq şəkildə göstərir ki, K.Ç.In 2011-ci ildə hakimiyyətə gəldiyi vaxtdan çox kökəlib.

“The Daily Telegraph” yazır ki, K.Ç.Inın ictimaiyyət qarşısına çıxmasına həvəs göstərməməsinin daha bir səbəbi ölkədəki qeyri-sabit vəziyyət ola bilər.

T.Siqemura qeyd edir: "Şimali Koreya hərbçiləri arasında hakimiyyət uğrunda aramsız mübarizə Pxenyanda vəziyyətin əvvəlki kimi qeyri-sabit olduğunu göstərir".

Ötən ilin əvvəlində Qərb mətbuatı yazırdı ki, K.Ç.In rejimindən narazı zabitlər ona qarşı sui-qəsd təşkil etməyi planlaşdırmışdılar. Bundan sonra Qərb KİV-də rejimin bir sıra yüksək rütbəli şəxslərinə qarşı repressiyalar barədə məlumatlar verilmişdi.

Qeyd edək ki, K.Ç.In sonuncu dəfə sentyabrın 3-də xanımı ilə konsertdə olarkən kameraların obyektivinə düşüb.






25 Sentyabr, 2014  16:05 Baxılıb: 947 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner