Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İşğal bölgələrinə səfərlər müzakirə ediləcək - Tiflisdə

Tiflisdə şərq tərəfdaşlığı ölkələrinin işğal olunmuş ərazilərinə edilən qanunsuz səfərlərlə bağlı beynəlxalq konfrans keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, qurumun sədri Azay Quliyev 25-27 sentyabr tarixlərində Tiflisdə “Şərq tərəfdaşlığı ölkələrinin işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin hüquqi nəticələri” adlı beynəlxalq konfransda iştirak etmək üçün Gürcüstanda səfərdə olacaq.

Şuranın dəstəklədiyi layihə çərçivəsində təşkil olunan tədbir Gürcüstan, Moldova və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin qarşısının alınması üçün müvafiq təklif və mexanizmlərin hazırlanmasına həsr olunacaq.

Konfransda BMT, ATƏT və Avropa İttifaqının təmsilçiləri ilə yanaşı şərq tərəfdaşlığı proqramına daxil olan Gürcüstan, Moldova, Azərbaycan və digər ölkələrin yüksək vəzifəli şəxslərinin iştirakı və çıxışı da nəzərdə tutulub. Azərbaycan tərəfindən Şura sədri Azay Quliyev işğal altında olan Dağlıq Qarabağ və digər bölgələrə edilən qanunsuz səfərlər və onun nəticələri haqqında məruzə ilə çıxış edəcək.

Tədbirə həmçinin azərbaycanlı millət vəkilləri Bəxtiyar Əliyev, Asim Mollazadə və yerli vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri qatılacaq.

Simsar.az

 

 







25 Sentyabr, 2014  15:55 Baxılıb: 681 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner