Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Naxçıvanlı rəssam dünya qran-prisinə layiq görüldü – FOTO

Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən VIII “VERA” Beynəlxalq İncəsənət Festivalı Azərbaycan və xüsusilə Naxçıvan incəsənəti, rəssamlığı üçün uğurlu olub. Simsar.az “Şərq Qapısı” qəzetinə istinadən xəbər verir ki, 16 ölkədən 75 rəssamın iştirak etdiyi festivalda azərbaycanlı rəssamlardan Tahir Salahov, Sakit Məmmədov, Ülviyyə Həmzəyeva və Fərid Ələkbərovun əsərləri nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyevanın rəsm əsəri “Unikal Milli Orijinallıq” nominasiyası üzrə ən yüksək mükafata (qran-pri) layiq görülüb. Məlumat üçün deyək ki, rəsm, heykəltəraşlıq, tətbiqi sənət, muzey işi, qalereya işi və sair olmaqla, festivalda, ümumilikdə, 17 nominasiya üzrə qran-pri mükafatı təqdim olunub.

Qran-pri mükafatı naxçıvanlı rəssama festivalın sonunda təşkil edilən qala gecəsində təqdim edilib. Qeyd edək ki, “VERA” Beynəlxalq İncəsənət Festivalı Portuqaliyada keçirilən ən genişmiqyaslı incəsənət festivalıdır. Ənənəvi olaraq keçirilən bu festivallarda rəsm əsərləri ilə yanaşı, qrafik, arxitektur, foto işlər də nümayiş etdirilir.

Festivalda Azərbaycanla yanaşı, Türkiyə, İsrail, Fransa, Almaniya, Rusiya, Rumıniya, İran, Braziliya, Ukrayna və bir sıra digər ölkələrin təmsilçilərinin əsərləri nümayiş etdirilib. Biz də qalibi təbrik etmək və bu qələbə ilə bağlı təəssüratlarını öyrənmək üçün hazırda Lissabonda olan rəssamımızla əlaqə saxladıq. Onun dediklərindən: “Mən bu mükafatı doğma yurdum Naxçıvana, muxtariyyətin 90 illik yubileyinə həsr edirəm. Bu, Naxçıvanda incəsənətin, rəssamlığın inkişafına xüsusi diqqət göstərən insanların qələbəsidir, bu, Naxçıvan rəssamlığının, Azərbaycan incəsənətinin qələbəsidir. Təbii ki, dünya səviyyəli belə bir festivalda iştirak etmək və qran-pri mükafatına layiq görülmək qürurvericidir. İşimi bununla bitmiş hesab etmirəm. Burda olduğum müddətdə Naxçıvanımızın, Azərbaycanımızın incəsənət sahəsində tanıdılması, festival iştirakçılarının məlumatlandırılması üçün əlimdən gələni edəcəyəm”.







25 Sentyabr, 2014  15:15 Baxılıb: 1014 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner