Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“Boko Haram” terroru – 14 min qaçqın

“Boko Haram” terror təşkilatının hücumlarından qaçaraq Kamerundakı Minayav qaçqın düşərgəsinə sığınan Nigeriyalıların sayı 14 minə çatıb.

Simsar.az-ın məlumatına görə, bu barədə BMT nümayəndəsi Jean Marie Oyono xarici mediaya verdiyi açıqlamasında deyib.

Qaçqınların sayının durmadan artdığını deyən Oyono bildirib ki, 2014-cü ilin martında düşərgədəki qaçqınların sayı 5 min olsa da, bu say son 6 ayda 3 dəfə artaraq 14 minə çatıb.

BMT-nin rəsmi məlumatında isə bildirilib ki, ümumilikdə Nigeriyada “Boko Haram”ın hücumlarından qaçan mülki şəxslərin sayı 650 minə çatıb.

Kamerun rəsmiləri isə böranın başladığı 2009-cu ildən bəri ölkəyə gələn Nigeriyalı qaçıqnların sayının 43 min 750-yə çatdığını deyir.

Nigeriya ilk dəfə ölkənin şimal-şərqində meydana çıxan və qısa zamanda paytaxtı Abuja daxil ölkənin hər yerinə yayılan “Boko Haram” terror təşkilatı ilə mübarizə aparır. “Boko Haram”ın ilin əvəlindən həyata keçirdiyi hücumlarda 4 min insan ölüb, milyonlarla insan isə yerlərindən didərgin düşüblər.

Qeyd edək ki, Boko Haram Türkiyə və Nigeriya trəfindən terror təşkilatı elan edilib.

Vüsal Qarayev







25 Sentyabr, 2014  15:12 Baxılıb: 722 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner